Cəmiyyət

Bakıda sakinləri parka girməyə qoymurlar? - FOTO

24 Aprel 2014 14:54
0 Şərh     Baxış: 1 398
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Day.Az saytının redaksiyasına Sevda adlı oxucu məktub göndərib. Milli.Az-ın məlumatına görə, məktubda deyilir:

"Biz "Gənclik" metrosu yaxınlığındakı "Atatürk" parkının yanında qalırıq. Əvvəllər həmin park yaxınlıqdakı binaların sakinlərinin sevimli istirahət məkanı idi. Bu günlərdə övladlarımızla həmin parkda gəzmək istəyirdik, ancaq girişdə bizi saxladılar və dedilər ki, həmin yerdə restoran yerləşir. Parkın mərkəzi hissəsindəki oturacaqlar da artıq yox idi".

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətindən bildiriblər ki, parkın yeni layihəsi hazırlanıb. Layihəyə əsasən, parkdakı bütün obyektlər təmir olunacaq. Hazırda sahibkarlar öz obyektlərini qaydaya salırlar. Ancaq parkın özündə yenidənqurma işləri isə hələ başlamayıb.

Sakinlərin əraziyə girməsinə qadağa qoyulması ilə bağlı isə qurum rəsmisi bunun mümkün olmadığını dedi. Bununla belə qeyd etdi ki, parkda təmir işləri getdiyi üçün oraya daxil olmaq təhlükəsizlik baxımından məqsədəuyğun deyil.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.