Cəmiyyət

Park Bulvar Lady.Day.Az-la birgə ulduzların konsertini və endirimlər vəd edir - FOTO

24 Aprel 2014 13:24
Baxış: 3 108
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bahar axır ki, gəldi. Qəlbimizi isitdi, qış yuxusundan ayıltdı, əhvalımıza təkrarolunmaz rəng qatdı. Bahar hər tərəfdə hiss olunur. Ancaq bahar təkcə ilin ən parlaq dövrü deyil. Bahar həm də dostlarımızla comərdliklə bölüşdüyümüz qəlb əhvalıdır. Məhz baharda içimizdə dəyişiklik, yeni hisslər və sevgi duyğuları baş qaldırır.

Oyanan təbiət bizi də həyata ruhlandırır. Bu səbəbdən də, bahar dəyişiklik üçün ən yaxşı dövrdür. Parlaq günəşin işığı altında həyatımızı yaxşıya doğru dəyişirik, qarderobumuzu yeniləyirik. Ən yaxşı bahar alış-verişi üçün sizə PARK BULVAR Ticarət Mərkəzi yardımçı olacaq. Ticarət mərkəzi möhtəşəm kampaniyaya start verir.

Aprelin 28-də Bakının ən məşhur ticarət mərkəzi PARK BULVAR "Endirim günləri"nə start verəcək.

Azərbaycanda ilk dəfə olaraq, aprelin 28-dən mayın 4-ə qədər, bir həftə ərzində 100-dən artıq brend müxtəlif endirimlər və aksiyaları təqdim edəcək. Əsl bayram əhvalını yaşamaq şansını əldən verməyin. PARK BULVAR əyləncə həftəsinə start verir.

Bayram həftəsinin açılışı PARK BULVAR-ın Lady Day.Az-la birgə təşkilatçılığı ilə keçirilən konsert proqramı ilə olacaq. Nadir Qafarzadə, Rəşad İlyasov, Natavan Həbibi, Nura Suri, Elmira Ələkbərzadə, Sevda Yahyayeva, Məryam Şabanova, Roza Zərgərli, İlhamə Qasımova, Lətifə Soyuoz kimi ulduzlar konsert proqramında çıxış edəcəklər. Gecənin aparıcısı yerli teleməkanın ən gözəl siması Afaq Gəncəli və onun həmkarı Şəhriyar Əbilov olacaqlar.

PARK BULVAR aprelin 28-də saat 19:00-da sizi gözləyir.

Bir həftə ərzində Park Bulvar sizə və övladlarınıza rəngarəng əyləncə proqramları təqdim edəcək. Bu möhtəşəm hadisəni buraxmayın!

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.