Cəmiyyət

Mingəçevirdə nurçuların toplaşdığı villa - FOTO

24 Aprel 2014 13:58
Baxış: 1 011
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevirdə nurçuların yığışdıqları məkanlardan biri bəlli olub.

Milli.Az xəbər verir ki, bu barədə axar.az-a "nur şəhəri"ndəki mənbələr xəbər verib. Mənbənin dediyinə görə, şəhərdəki nurçular Kür çayının sahilində yerləşən şəkildə gördüyünüz bu evə yığışırlar. Dərsxana kimi fəaliyyət göstərən nur ocağına isə Müşviq Nəcəfov adlı bir şəxs rəhbərlik edir.

Məlumata görə, M.Nəcəfov Ankarada İlahiyyat Universitetində təhsil alıb. Onun Türkiyədə nurçu təriqətinin üləmaları ilə sıx əlaqələri var. Bu evdən başqa, nurçular Kənd Mingəçevir adlı əraziyə də yığışırlar. Onların əsas məkanı isə kənddəki məsciddir.

Məlumatda o da deyilir ki, son günlər nurçulara qarşı başlamış əməliyyatlardan sonra məscidə gələnlərin sayı azalıb. Onlar indi əsasən fotoda görünən bu evə toplanırlar.

Qonşuların dediyinə görə, Quran öyrədilməsi adı altında hər gün bu evə 30-a yaxın gənc gedib-gəlir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.