Cəmiyyət

Deputat oğlu Eynulla Fətullayevə cavab verdi - FOTO

24 Aprel 2014 14:34
1 Şərh     Baxış: 1 376
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Jurnalist Eynulla Fətullayevə məxsus saytların nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlu haqda silsilə yazılarla çıxış etməsi tərəfləri "müharibə" vəziyyətinə gətirib.
 

Bu yazılarda və videogörüntülərdə deputat Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus olduğu bildirilən bahalı maşınlardan, onun öz dostları ilə sürət yarışına çıxmasından bəhs edilir.

Milli.Az Modern.az-a istinadən bildirir ki, deputat oğlu Aynar Məmmədov Eynulla Fətullayevə cavab olaraq sosial şəbəkələrdə ANS TV-də bir müddət əvvəl jurnalist barəsində yayımlanmış "Bədbəxt adam" telesüjetinin videorolikini yayıb.

"Vətən xainlərini tanımalıdır. Eynulla Fətullayev barəsində Mirşahin Ağayevin "Bədbəxt adam" filmi" - deyə Aynar Məmmədov paylaşdığı videoçarxa şərh də yazıb. Dostları isə onun bu statusunu bəyənməklə dəstəkləyiblər...
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.