Cəmiyyət

Azərbaycanın yerin altında qalan şəhəri - YENİLƏNİB - VİDEO

24 Aprel 2014 17:16
0 Şərh     Baxış: 1 550
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
12:13

Kürdəmirin Ərəbqubalı kəndində bir şəhər var. Amma o, yerin üstündə yox, altındadır.

Milli.Az EL TV-yə istinadən bildirir  ki, Şəhərgah adı verilən bu tarixi məkan hələ ötən əsrin 70-ci illərindən Kürdəmir rayonunun Ərəbqubalı kənd sakinlərinə məlumdur. Meliorasiya işləri aparılan zaman aşkarlanan Şəhərgahda Milli Elmlər Akademiyasının əməkdaşları professor Qafar Cəbiyevin rəhbərliyi ilə 2009-2010-cu illərdə tədqiqatlar aparıblar.

Tarixi abidənin Şirvanşahlar dövlətinin paytaxtı olduğu güman edilir. Ərəbqubalı kənd sakini Ərəstun Babayev deyir ki, ərazidə qazıntı işləri davam edərsə, bütün sirlər açılacaq. Araşdırmalar dayandırıldıqdan sonra yerin təkindən çıxan əşyalar kənd klubuna aparılır. Daha yaxşı vəziyyətdə olanlar isə Kürdəmir tarix-diyarşünaslıq muzeyində saxlanılır. Sakinlərin sözlərinə görə, tədqiqatlar davam etməzsə, 50 hektara yaxın ərazidə yerləşən tarixi abidənin itib-batmaq təhlükəsi böyükdür. Kürdəmir Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Əliyev deyir ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun planına əsasən aparılan tədqiqatların dayandırılmasının öz səbəbləri var:

"Orada iki faktor var. Bir amil torpağın mülkiyyətçilərdə olmasıdır. Həmin torpaq sahəsini əkib-becərirlər. Biz onlarla mütəmadi maarifləndirmə işi aprırıq. Xahiş edirik ki, torpağın çox dərin qatlarına nüfuz etməsinlər".

Vaqif Əliyev deyir ki, artıq payçılarla 3 hektara yaxın ərazinin boşaldılması barədə razılıq əldə edilib. Ərəbqubalıya aparan yolun bərbad vəziyyəti də qazıntı işlərinin dayandırılmasına digər bir səbəb kimi göstərilir. Ancaq Vaqif Əliyev ümid edir ki, yaxın zamanda həm yol məsələsi öz həllini tapacaq, həm də ekspedisiya qrupu ərazidə qazıntı işini davam etdirəcək. Şöbə müdirinin sözlərinə görə, gələcəkdə turist marşrutları məhz Ərəbqubalıdan keçəcək.

Milli.Az  

----------
17:16

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.