Cəmiyyət

Bakıda əməliyyat: asta qaçana imam qənim - VİDEO

24 Aprel 2014 11:52
0 Şərh     Baxış: 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sürücülük vəsiqəsi, lisenziyası qaydasında olmayan sürücü sərnişinlə dolu avtobusun açarını da götürüb ərazidən uzaqlaşdı

Qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı tədbirlər davam edir. Bu dəfə Bakı-Sumqayıt marşrutu ilə işləyən sürücülər cərimələniblər.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, reyd zamanı nəqliyyat müfəttişləri ilə sürücülər arasında mübahisə yaranıb. Səbəb isə sürücülərin qanunsuz olaraq idarə etdiyi avtobusdan düşmək istəməməsidir.

Bakı-Sumqayıt istiqamətində, heç bir lisenziya olmadan, sürücülük vəsiqəsiz, sərnişindaşıma ilə məşğul olan bəzi şəxslər, nə Nəqliyyat Nazirliyinin, nə də Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına tabe oldular.

Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Texniki Universitetin tələbələrini qanunsuz idarə etdiyi avtobusla Sumqayıtdan Bakıya çatdırmaq istəyən sürücünün istəyi isə ürəyində qaldı. Çünki sürücünün müvafiq sənədləri yox idi. Güvəndiyi yer isə deyəsən, var idi. Çünki polisin əmrinə tabe olmayıb ancaq mobil telefonla danışırdı.

Nəqliyat Nazirliyi və Dövlət Yol Polisi əməkdaşları daha bir, bu cür qanunsuz sürücülük fəaliyyəti göstərən şəxsi saxladılar. O, isə digərlərindən fərqli olaraq əmrə tabe olub, bir də bu cür səhvə yol verməyəcəyini bildirdi.

Sürücülük vəsiqəsi, lisenziyası qaydasında olmayan daha bir avtobus saxlanılsa da, sürücü sərnişinlə dolu avtobusun açarını da götürüb ərazidən uzaqlaşdı.

Sərnişinlərsə Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən avtobusdan çıxarıldılar. Elə bu məqam bu dəfə müffətişlə sərnişin arasında mübahisəyə səbəb oldu.

Bəzi sürücülərsə nazirlik əməkdaşlarına nəqliyyat vasitəsinin açarını təqdim etmədiyindən avtobus çox çətinliklə də olsa, evakuatorla ərazidən uzaqlaşdırıldı.

Nəqliyyat Nazirliyinin Sumqayıt Regional şöbəsinin rəis müavini Ramin Sadıqov bu cür sürücülərə qarşı reydlərin mütəmadi keçiriləcəyini bildirdi.

Yol-patrul xidmətinin inspektoru Qadir Cəbiyevsə əmrə tabe olmayanlar haqqında protokolların tərtib edildiyini bildirdi.

Reydlərin ayın sonundadək davam edəcəyi bildirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.