Cəmiyyət

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

24 Aprel 2014 09:21
0 Şərh     Baxış: 442
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az anspress-ə istinadən aprelin 24-də baş verən əlamətdar hadisələrə nəzər salır.

Miladi: 24 aprel 2014
Hicri: 14 cəmadiyəl-axir 1435

İlin 114-cü günü
İlin sonuna 251 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 05.31
Günəş - 06.48
Zöhr - 13.42
Əsr - 18.04
Məğrib - 20.43
İşa - 22.10

1877 - Çar Rusiyası Qafqaz və Balkanlarda mövqelərini möhkəmlətmək məqsədilə Osmanlı ilə növbəti müharibəyə başlayıb. Bir il sürən müharibə Osmanlının məğlubiyyəti ilə nəticələndi. San-Stefano sülh müqaviləsinə (1878) əsasən, Rusiya Türkiyənin ermənilər yaşayan bir neçə bölgəsini (indiki Ermənistan-Türkiyə sərhədi) birləşdirdi. Türkiyə həmin əraziləri (Qars, Ərdəhan və s.) yalnız 1918-ci ildə geri ala bildi. Bu arada ermənilərin Türkiyədən Cənubi Qafqaza, o cümlədən Azərbaycana axını da davam etməkdə idi.

1920-ci ildə Mustafa Kamal Türkiyə Böyük Millət Məclisinin (TBMM) spikeri seçildi.

1938 - Xalq artisti Həsənağa Turabov anadan olub.

1999 - Vaşinqtonda NATO-nun 50 illik yubileyi münasibətilə keçirilən sammitdə iştirak edən Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan ABŞ-ın dövlət katibi Madlen Olbraytın vasitəçiliyi ilə görüşüblər. Bu görüşdən sonra Azərbaycan və Ermənistan rəhbərlərinin Qarabağ nizamlanması ilə bağlı çoxsaylı görüşlər seriyası başlandı.

2004 - Kiprdə referendum keçirildi.

2007 - Rəcəb Tayyib Ərdoğan Abdullah Gülü prezidentliyə namizəd olaraq göstərdi.

2009 - Əşrəf Mehdiyev vəfat edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.