Cəmiyyət

"QazEL"lər xəttdən çıxarılır

23 Aprel 2014 17:23
0 Şərh     Baxış: 8 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gəncədə maye qazla işləyən ictimai nəqliyyat vasitəsinin sərnişin daşımasına qadağa qoyulub. Bununla əlaqədar olaraq, əsasən, "QazEL" markalı mikroavtobuslar xətlərdən çıxarılır. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Dövlət Avtomobil Xidmətinin Gəncə Regional Şöbəsindən isə bildirilib ki, sürücülərin narazılığına baxmayaraq yaxın bir ay ərzində maye qazla işləyən bütün ictimai nəqliyyat vasitələri xətdən çıxarılacaq. Son bir neçə gün ərzində isə 20-ə yaxın "QazEL"in sərnişin daşımasına icazə verilməyib.

Dövlət Avtomobil Xidmətinin Gəncə Regional Şöbəsinin aparıcı məsləhətçisi İsa Quliyev: "Bunu birbaşa qısa müddətə etmək mümkün deyil. Tərəfimizdən bu maşınların yaxın vaxtlarda xəttdən çıxarılması gündəmdədir. Yəqin ki, gələn ayın 10-15 tarixinədək bu məsələnin konkret həllinə nail olunacaq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.