Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Belçika Senatının fəxri spikeri, Qadın Hüquqlarının Qorunmasına dair Beynəlxalq Liqa təşkilatının Azərbaycanda qadın hüquqlarının vəziyyətindən bəhs edən layihəsinin koordinatoru Anna-Mariya Lizinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şura sədri Azay Quliyev qonaqları salamlayaraq Azərbaycanda qadınların cəmiyyətdəki çoxşaxəli rolu haqqında danışaraq onların hüquqlarının müdafiəsi və dövlət idarəçiliyinə cəlb edilməsi baxımından bütün müsəlman dünyasına örnək bir ölkə olduğumuzu qeyd edib. A.Quliyev hələ 20-ci əsrin əvvəlində, 1918-ci ildə Şərqdə ilk dəfə rəsmi olaraq Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun verildiyini deyərək bu gün də onların dövlətin idarəçiliyində mühüm yerə sahib olduğunu ifadə edib. Hazırda ölkə parlamentinin 16, bələdiyyə üzvlərinin isə 27 faizinin qadınlardan ibarət olduğunu bildirən Şura sədri layihənin icrası zamanı bu kimi nümunələrin dünyaya obyektiv şəkildə tanıdılmasının vacibliyini vurğulayıb.
Anna-Mariya Lizin Şuranın xarici QHT-lər üçün qrant proqramı çərçivəsində icra etdikləri layihənin Azərbaycanda qadın hüquqlarının müdafiəsi işi, onların qərarların qəbulunda oynadığı rolun vəziyyətinə dair araşdırmalar apardıqlarını və ölkəmizi sivil, demokratik ölkə kimi müsəlman dövlətlərinə nümunə hesab etdiklərini bildirib. Layihənin koordinatoru qadınların qərarların qəbulunda və bütövlükdə cəmiyyət həyatında oynadığı rolu, Azərbaycanın müsbət təcrübəsini yaxından öyrənmək, yerli şəraitlə tanış olmaq üçün Bakı, Şirvan və Qəbələdə qadın hüquqlarını müdafiəsi üzrə ixtisaslaşmış QHT-lərlə, icra və bələdiyyə strukturlarında təmsil olunan qadınlarla görüşlər keçirəcəklərini deyib.
Tərəflər görüşdə layihənin icrası ilə bağlı ortaya çıxan məsələlərə dair fikir mübadiləsi aparıblar.
Milli.Az
Cəmiyyət
Azay Quliyev: "Azərbaycan müsəlman dünyasına örnək bir ölkədir"
23 Aprel 2014 17:30
Baxış: 544
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Şərait sizi nəzərdə tutulmamış xərclərə vadar edə bilər.
- “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin hesabat tədbiri keçirilib - VİDEO - FOTO
- İmran Əliyev həbs edildi
- Küçələrdə yaşayan vəzifəli şəxs: "O səhv həyatımı" - VİDEO
- Hamamda meyiti tapılan qız və oğlana yazılanlara REAKSİYA VERDİ - VİDEO
- İki nəfəri öldürən ata və oğuldan xəbər var
XƏBƏR LENTİ
- 48 yaşlı Nurgüldən iddialı pozlar - FOTO
- Nəsrinin bu FOTOları gündəm oldu
- Dörd kəndin qaytarılması xəbəri Qazaxda sevinclə qarşılandı - FOTO
- Sarımsaq-limon qarışımı ilə 21 gündə xəstəliklərdən xilas olun
- Hikmət Hacıyev COP29-dan danışdı: "Cəsarətimizin təcəssümüdür" - FOTOlar
- Pişiyin yaşadığı evdə bu 3 şeyi etməyin: Peşman olacaqsınız
- Bu bürcün qızları pis sevgili olur – Astroloqların İDDİASI
- Azərbaycanda stadionda qorxulu anlar yaşandı - VİDEO
- 50 yaşlı Bekhem açıq-saçıq geyimdə poza verdi
- Rusiya ilə münasibətlərdə problem var
- Günün qoroskopu: Şərait sizi nəzərdə tutulmamış xərclərə vadar edə bilər.
- Bakıya qarşı provokativ suala İran səfirinin cavabı
- Ərdoğan təsdiqlədi: Ərbilə səfər edəcək
- Rusiya müharibəyə bu gün son qoya bilər - G7
- Sloveniyadan vətəndaşlarına İranla bağlı xəbərdarlıq...
- Könül Həsənova icra başçısının müavini təyin olundu
- "Hudutsuz sevda"ya vida etdi - FOTO
- Netanyahu alman nazirə acıqlandı - “Biz nasistlərə bənzəmirik”
- ÇL-də həftənin ən yaxşısı açıqlandı
- Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
- Dərbənddə naməlum şəxs kafedə insanlara atəş açdı
- Ermənistanın ərazisi İranın daha “qırmızı xətti” deyil? – Səfir
- Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov
- Venesiya Biennalesində Azərbaycan pavilyonu açıldı