Cəmiyyət

Bu günün hava proqnozu

24 Aprel 2014 00:05
3 Şərh     Baxış: 4 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 24-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında aprelin 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı istisna olunmur.

Temperaturu gecə 10-14°, gündüz 18-23° isti, Bakıda gecə 11-13°, gündüz 20-22° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 763 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında
gün ərzində, əsasən, yağmursuz olacaq.

Temperatur gecə 7-12°, gündüz 21-26° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz, əsasən, yağmursuz olacaq.

Temperatur gecə 4-9°, gündüz 13-18° isti olacaq.

Qaza, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında, əsasən, yağmursuz, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Temperatur gecə 7-12°, gündüz 19-24° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz, əsasən, yağmursuz olacaq.

Temperatur gecə 6-11°, gündüz 17-22° isti, dağlarda gecə 1-6°, gündüz 10-15° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında, əsasən, yağmursuz olacaq.

Temperatur gecə 8-13°, gündüz 22-27° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında,
əsasən, yağmursuz, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Temperatur gecə 8-12°, gündüz 19-24° isti, dağlarda gecə 3-8°, gündüz 14-19° isti olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.