Cəmiyyət

Avtobuslarda gediş haqqı bahalaşmayıbsa, biz niyə artıq pul ödəyirik?

24 Aprel 2014 01:30
4 Şərh     Baxış: 1 890
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Son günlərdə Bakıda bəzi avtobuslarda gediş haqqının süni şəkildə qaldırılması əsas müzakirə mövzularındandır
Milli.Az xəbər verir ki, həmin avtobuslardan biri də 211 nömrəli marşrut üzrə hərəkət edənlərdir. Redaksiyamıza daxil olan məktuda bildirilir ki, artıq bir həftədən çoxdur ki, 211 xətti üzrə gediş edən marşrutun qiyməti 30 qəpikdən 40 qəpiyə qaldırılıb:

"Avtobusun içərisində ağ kağıza gediş haqqı 40 qəpik yazılaraq divara vurulub. Əgər bu belədirsə, niyə onu əsl bir tabloya möhürlənmiş şəkildə vurmayıblar?"

Məsələyə "Bakı Sərnişin Nəqliyyat" Departamentinin mərkəzi nəzarət dispetçer şöbəsinin aparıcı məsləhətçisi Etibar Əzməmmədov aydınlıq gətirib.

Onun sözlərinə görə qiymətin qaldırılması haqda sahibkarlar Tarif Şurasına müraciət etsələr də, bu barədə onlara hələ də cavab gəlməyib.

"Məsələ ilə bağlı biz sahibkarlarla da danışmışıq, onlar marşrutun qət etdiyi məsafənin uzunluğuna görə gediş haqqını 40 qəpiyə qaldırmaq istəyiblər, amma belə bir şey yoxdu. Biz hətta bu vəziyyətin geniş yayılmamağı üçün tədbirlər görmüşük.

Onlar özləri Tarif Şurasına müraciət etsələr də, hələ cavab gəlməyib. Ona görə də gediş haqqı qaldırılmayıb və belə bir şey ola da bilməz", - Etibar Əzməmmədov bildirib.

Ceyhun Ələkbərov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.