Cəmiyyət

Polisin evində aparılan əməliyyatla bağlı RƏSMİ AÇIQLAMA

23 Aprel 2014 16:01
0 Şərh     Baxış: 1 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dünən Xırdalan şəhəri Quşçuluq massivində polis zabitinin evində əməliyyat keçirilməyib"

Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə deyib.

O, evində əməliyyat keçirilən və polis olduğu bildirilən şəxsin 10 il bundan öncə DİN-dən xaric olunduğunu deyib:

"Bu şəxsin adı Canpolad Eyvazov deyil, Camulla Eyvazovdur. Təxminən 10 il bundan öncə, yəni 2004-cü ildə polis sıralarından xəstəliyinə görə xaric olunub".

Məlumata görə, hazırda onun sözügedən ünvandakı evində Kəlbəcər qaçqını Mehparə Zeynalova kirayədə yaşayır. Əməliyyat zamanı onlar da həmin evdə olublar.

Qeyd edək ki, dünən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində Quşçuluq massivində keçmiş polis zabitinə məxsus evdə mənşəyi məlum olmayan 300 kq iylənmiş toyuq əti aşkarlanmışdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.