Cəmiyyət

Abşerondakı yeni yaşayış massivlərinə telefon və internet vəd edirlər

23 Aprel 2014 15:02
0 Şərh     Baxış: 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xırdalan şəhərinin bəzi sakinləri artıq bir neçə ildir ki, bir-biriləri ilə stasionar telefonla danışmaqdan məhrum olublar. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına oxuculardan biri məlumat verib.

Onun sözlərinə görə, şəhərin bir çox hissələri hələ də telefonlaşmayıb. Telefon olmadığına görə sakinlərin İnternetə qoşulmaq imkanları da yoxdur.

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı "Aztelekom" İB-nin texniki direktoru Zahir Vəliyevlə əlaqə saxlayıb.

"Xırdalan və digər yaşayış məntəqələrinin telefonlaşmasına biz də maraqlıyıq. Abşeron rayonundakı yeni yaşayış massivlərinin telefonlaşması istiqamətində geniş miqyaslı plan hazırlayırıq. Bu il həmin işə maliyyə vəsaiti ayrılmalıdır. Telefonlaşma işi Abşeron gənclər şəhərciyində, məcburi köçkünlər üçün tikilmiş yaşayış massivində həyata keçiriləcək. İşlərə, çox güman ki, bu il başlanılacaq", - Zahir Vəliyev deyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.