Cəmiyyət

Namiq Həsənov işdən çıxarıldı?

23 Aprel 2014 13:27
Baxış: 4 754
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Mən də hamı kimi ildə bir dəfə növbəti əmək məzuniyətinə çıxmışam. Amma deyəsən, builki məzuniyyətim əməlli-başlı sensasiyaya səbəb oldu. Demək olar ki, adı məzuniyyət oldu. Yəni nazirliyə gedib-gəlmirəm. Amma gündə 50 adam zəng eləyir sizin kimi. Narahat olmayın, işdən çıxsam, birinci zəng edib sizlərə deyəcəyəm. Hələ ki, işimdəyəm".

Milli.Az bildirir ki, bu sözləri Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov Movqe.az-a açıqlamasında mətbuatda tez-tez işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən söyləyib.

N. Həsənov səhhəti ilə bağlı hazırda ciddi narahatlıq olmadığını, özünü yaxşı hiss etdiyini də dilə gətirib: "Düzdür, sağlamlığımda bir az narahatlıq vardı. Şəkərim var, ürəyimdə narahatlıq yaranmışdı, başıma qan yaxşı işləmirdi. Amma şükür, indi yaxşıyam. May ayının 13-də məzuniyyət müddətim başa çatır. Mayın 14-dən işə çıxacağam. Məndən ötrü narahat olanlara demək istəyirəm ki, narahat olmasınlar. Mayın 14-dən zəng edə bilərlər".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.