Cəmiyyət

Nəqliyyatda nağd ödəniş məhdudlaşdırılacaq

23 Aprel 2014 13:34
0 Şərh     Baxış: 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Paytaxtda sərnişindaşımada daha 30 marşrutda kart sistemi tətbiq ediləcək"

Milli.Az xəbər verir ki, bu sözləri Movqe.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.

N. Həsənov yaxın iki aya 30 marşrutda sərnişinlərin kart sistemi ilə ödəniş etməsinin reallaşacağını bildirib:

"Hazırda 40 marşrutda kart sistemi tətbiq edilir. Bu xətlərin siyahısına iki aya daha 30 marşrut əlavə olunacaq. Beləcə, kart sisteminin işlədiyi avtobusların sayı 1000-dən çox olacaq. Bizdə olan məlumatlara görə, 10 mindən çox kart vətəndaşlar tərəfindən alınıb. Gündəlik 5-6 min kart istifadədədir. Sistemdə işlər tam başa çatdıqdan sonra nəqliyyatda nağd ödəniş məhdudlaşdırılacaq. Bunun üçün 1500-ə yaxın avtobusda kart sisteminin işləməsi lazımdır ki, bu istiqamətdə də sürətlə işlər görülür. Sistemdə işlər tam başa çatdırıldıqdan sonra nağd ödəmə dayandırılaraq, nəqliyyatda ancaq kartla gediş-gəliş mümkün olacaq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.