Cəmiyyət

Azad Rəhimov adının "nurçular"la hallanmasına aydınlıq gətirdi

23 Aprel 2014 13:05
Baxış: 2 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan gənclər və idman naziri Azad Rəhimov adının "nurçular"la bağlı məsələdə hallanmasına aydınlıq gətirib.

Trend-in verdiyi məlumata görə, gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında nurçularla heç bir əlaqəsinin olmadığını söyləyib:

"Nurçuluq nədir, heç mən onu bilmirəm. Onu mənə başa salsınlar, sonra danışım. Mənim bu cərəyanla əlaqəm yoxdur".

Nazir Bakıda Avropa Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı tikilən obyektlərə görə ağacların kəsilməsini də düzgün saymayıb: "Bunu deyənlər, yazanlar sanki Bakıda yaşamırlar. Çünki gəlin bir nəzər salaq. Bakıda olan bəzi tikililər var ki, orada ağaclar təmir işlərinə görə kəsilir və yenidən əkilir. Hansı tikiliyə görə ağac kəsilib ki? Ona görə də təklif edirəm ki, nəyisə yazmaqdan öncə bir təhlil etmək lazımdır. Düşünürəm ki, bunu yaymaqda ya qərəzli mövqe nümayiş etdirilər ya da qeyri-peşəkar jurnalistlər bunu yazırlar".

A.Rəhimovun sözlərinə görə, gənclərin ictimai fəallığının artması üçün gənclərlə bağlı qeyri-hökumət təşkilatlarının sayı artmalıdır.

Nazir deyib ki, 10 il ərzində onların gənclər təşkilatlarının sayı təxminən 5 dəfə artaraq 51-dən 250-yə qədər yüksəlib. Son il ərzində xüsusilə rayonlarda gənclər QHT-lərin sayında artım nəzərə çarpır.

A.Rəhimov deyib ki, ötən il gənclər təşkiıatlarına 137 layihə üçün 5.540.991,40 manat ayrılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.