Cəmiyyət

Sədr müavini: "Əqli mülkiyyət hüquqlarının qeyri-qanuni istifadəsinə daim təhdidlər var"

23 Aprel 2014 14:14
Baxış: 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda əqli mülkiyyət hüquqlarının, mədəni irsin qorunması Dövlət Gömrük Komitəsinin qarşısında duran mühüm vəzifədir

Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş "Mədəni irsin qorunması və erməni saxtakarlıqları" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Ş.Bağırov bildirib ki, əqli mülkiyyət hüquqlarının qorunmasına, onun pozulmasına, qeyri-qanuni istifadə edilməsinə daim təhdidlər var.

Bunun həm mədəni irsin qorunması sahəsində, həm də iqtisadi mühitdə baş verdiyini deyən Ş.Bağırov qeyd edib ki, beynəlxalq ticarətdə, məhsullarda, onların etiketlərində bəzi coğrafi göstəricilər bizim regionlarımızın, rayonlarımızın adı təhrif olunaraq başqa ölkələrin adı altında verilir: "Bu məsələyə qarşı ciddi olmalı və gələcəkdə bu sahədə işimizi daha mükəmməl şəkildə aparmalıyıq. Daima mədəni irsin, müəllif hüquqlarının qorunmasında lazımi işlər həyata keçirilməli və əməkdaşlıq əlaqələri genişləndirilməlidir. Bu istiqamətdə qarşıda çoxlu mühüm vəzifələr durur".

Sədr müavini əlavə edib ki, Dövlət Gömrük Komitəsinin fəaliyyəti və məsuliyyəti sərhədlərdə mədəni irsin qorunmasına yönələn bir fəaliyyətdir. Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi və onun yerli orqanlarının gördüyü işlər nəticəsində dövlət sərhədindən keçirilən əşyaların saxlanmasında, qeyri-qanuni formada onun istifadəsinin qarşısının alınmasında müəyyən nailiyyətlər var: "Mədəni irsin qorunması bizim fundamental fəaliyyətimizdir. Digər tərəfdən hesab edirik ki, dövlət qurumlarının bu sahədə əməkdaşlığı vacibdir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.