Cəmiyyət

Bakıda şok boşanma: qoca ər qalan ömrünü arvadı ilə yox, onun xatirələri ilə yaşayacaq

23 Aprel 2014 12:56
1 Şərh     Baxış: 2 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaşlı kişi ömrünün qalan hissəsini arvadı ilə keçirmək istəmədi. Bakıda Azərbaycanın ən yaşlı cütlüklərindən biri boşanıb.

Dünən ANS telekanalında yayımlanan "Adam içində" verilişinə dələduzluq qurbanı kimi efirə çıxan yaşlı kişinin açıqladığı bu boşanma onun problemini ikinci plana keçirib, məhz ailə məsələsi, niyə boşanması qabarıb. Efirdə aparıcıya başına gələn dələduzluqdan danışan 77 yaşlı Fəxrəddin Səmədov söhbət zamanı bir neçə gün əvvəl özündən 2 yaş kiçik olan həyat yoldaşından ayrıldığını dedi. Onun bu etirafı Azərbaycanda, bəlkə də, ən yaşlı boşanma, həmçinin gənclərə pis də olsa, nümunə idi.

F.Səmədov Milli.Az-a bildirdi ki, ömrünün yarıdan çoxunu birgə keçirdiyi xanımı ilə son zamanlar yola getmirmiş, ona görə də boşanmağa üstünlük verib.

Görəsən, ömrünü ona həsr edən qadından ayrılan kişi, qalan ömrünü keçmiş arvadının xatirələri ilə yaşaya biləcəkmi?

Gülər
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.