Aprelin 23-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbədə dayanan Qarabağ müharibəsi və 20 Yanvar əlillərindən daha 100 nəfərinə "Naz-Lifan" markalı minik avtomobilləri təqdim edilib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bununla da Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 dekabr 2013-cü il tarixli Sərəncamının uğurla icra olunması nəticəsində, təkcə son 3 həftə ərzində minik avtomobili ilə təmin olunan Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin sayı 300 nəfərə çatıb.
Avtomobillərin təqdim olunması zamanı sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin hərtərəfli qayğı ilə təmin olunmasına göstərilən Prezident qayğısından söz açılıb. Yeni minik avtomobili alan Qarabağ müharibəsi və 20 Yanvar əlilləri onların maddi təminatının gücləndirilməsinə, reabilitasiya vasitələri ilə təminatına göstərilən diqqət və qayğıdan razı qaldıqlarını vurğulayıblar. Çıxış edənlər qısa müddətdə minik avtomobili ilə təmin olunmaları üçün müvafiq Sərəncam imzalanmasını əlilliyi olan insanlara Prezident qayğısının əyani ifadəsi olduğunu önə çəkərək, dövlətimizin rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə vurğulanıb ki, indiyədək artıq 4106 nəfər əlilliyi olan şəxsə minik avtomobilləri verilib. Bildirilib ki, 01 yanvar 2014-cü il tarixədək növbəyə durmuş şəxslərin nazirliyin rəsmi saytında (www.mlspp.gov.az) yerləşdirilmiş siyahı üzrə pulsuz xüsusi avtonəqliyyatla təmin edilməsi bundan sonra da davam etdiriləcək və may ayının sonuna kimi daha 375 nəfər əlilliyi olan şəxslərin minik avtomobilləri ilə təmin olunması planlaşdırılır. Eyni zamanda, növbədə olan Böyük Vətən müharibəsi və Çernobıl əlillərinin, habelə hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olanların da yaxın dövrdə xüsusi avtonəqliyyatla tam təminatı üçün müvafiq tədbirlər görüləcək.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Cəmiyyət
Qarabağ müharibəsi əlillərinə minik avtomobilləri verildi - FOTO
23 Aprel 2014 12:54
Baxış: 617
DİGƏR XƏBƏRLƏR
- Xaçmaz sakininin mədəsindən çəngəl çıxdı
- Daha bir qanunsuz tikili söküldü - VİDEO
- “Prius”lar bir gecədə kəskin ucuzlaşdı - Yeni qiymət - FOTO
- Ər və arvada verilmiş hədiyyələr boşanma zamanı geri alına bilərmi? - VİDEO
- Günün qoroskopu: Təxəyyül və gümanlara bel bağlamayın
- Şahmar Hüseynova yeni vəzifə verildi - FOTO
XƏBƏR LENTİ
- “Betis”dən Bəhlul Mustafazadənin transferinə MÜNASİBƏT
- Azərbaycan cəmiyyəti sərhəd kəndlərin azad ediləcəyinə inanır - SORĞU
- Sabir Rüstəmxanlı: "Gənc qızlar ana olmaq istəmirlər"
- Azərbaycanda bu maşınlar kəskin ucuzlaşdı
- Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
- Türkiyəli aktyor vida mərasimində maşınla adam vurdu - FOTO
- Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
- Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək
- AVRO-2024: Fransa favorit, Gürcüstan autsayder
- Bu halda ipotekaya xitam veriləcək
- Xaçmaz sakininin mədəsindən çəngəl çıxdı
- Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB - FOTO
- Papa məhbus qadınların ayaqlarını yuyub öpdü - VİDEO
- Daha bir qanunsuz tikili söküldü - VİDEO
- Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
- Bu şəxslərin maaşı artırılır
- Məşhur futbolçu uşaqlarının atasının başqası olduğu öyrəndi - FOTOlar
- “Heç kim havadan pul vermir”
- Paşinyanı tənqid edən erməni polkovnikin evində axtarış aparıldı - VİDEO
- Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
- Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA
- "Onun üçün çox darıxıram" - Elçin Cəfərov
- Komanda-qərargah təlimi keçirildi - FOTO
- Sabah yağış yağacaq