Cəmiyyət

Erməni etirafı: "Azərbaycan musiqisini təhrif edirik, öz musiqimiz kimi təqdim edirik və sonra da bizim payımızı verəndə hiddətlənirik"

23 Aprel 2014 12:48
0 Şərh     Baxış: 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın mədəni irsi və mənəviyyatı daim ermənilər tərəfindən təcavüzə məruz qalır. Bu təcavüz erməniçiliyin səngiməyən addımları ilə bağlıdır

Trend-in məlumatına görə, bu bardə Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov "Ümumdünya kitab və müəlliflik hüququ günü" münasibətilə "Mədəni irsin qorunması və erməni saxtakarlıqları" mövzusunda keçriilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mədəniyyət mübadiləsi və qarşılıqlı zənginləşmə millətin həyat tərzində və birgə yaşayış bacarığında öz əksini tapmalıdır: "Azərbaycan xalqının mədəni irsinin yüz illər boyunca ermənilər tərəfindən "gəldim, gördüm, mənimsədim" prinsipi üzrə oğurlanması onların torpaqlarımıza olan ərazi iddiaları ilə sıx bağlıdır. "Böyük Ermənistan" haqqında mifin reanimatorları, onların niyyətləri kifayət qədər aydındır. Ermənilər onlara məxsus olmayan torpaqlara aid ərazi iddialarını "əsaslandırmaq" üçün həmin torpaqların həqiqi sakinlərinə məxsus olan maddi və qeyri-maddi mədəni irsin mənimsənilməsi və erməniləşdirilməsi ilə bağlı yollardan istifadə etməyə çalışırlar".

K.İmanov bildirib ki, ermənilərin əqli və maddi-mədəni oğurluqları tarixi-coğrafi uydurmalarla, özlərinə yalançı tarix formalaşdırmaqla və Azərbaycanın, bütövlükdə bölgənin tarixinin təhrif edilməsi ilə həyata keçirilir: "Dağlıq Qarabağı və ətraf torpaqlarımızı bu günə qədər boşaltmayan, beynəlxalq hüquq normalarına riayət etməyən və beynəlxalq strukturların qərarlarına məhəl qoymayan, azğınlaşmış erməniçilik son vaxtlar yenidən Naxçıvan ərazisinə də iddialarını irəli sürür. Erməni mətbuatının yaydığına görə, Ermənistanda yeni Nahicivan adlı siyasi təşəbbüs peyda olub. Bu, gülməlidir, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Ancaq belə "təşəbbüskarlar" Ermənistan prezidenti Serj Sarkisyandan ilham alırlar. Bu ərazi iddialarının mədəni oğurluqlarla əlaqəsini nəzərə alsaq, həmişəki kimi yenə də, ermənilərin özlərinə, onların etiraflarına müraciət etmək lazımdır".

Onun sözlərinə görə, bu yaxınlarda ermənilərin ziyalısı, tearlardan birinin bədii rəhbəri "Novaye Vremya" erməni qəzetinə verdiyi müsahibəsində Azərbaycan mədəniyyətinin ermənilər tərəfindən özününkünəşdirilməsi ilə bağlı demişdir ki, Azərbaycan musiqisini təhrif edirik, öz musiqimiz kimi təqdim edirik və sonra da bizim payımızı verəndə hiddətlənirik.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.