Cəmiyyət

Biləcəridə dəmiryolu təhlükə mənbəyinə çevrilib - VİDEO

23 Aprel 2014 12:27
0 Şərh     Baxış: 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lokomotiv Deposundakı yataqxanada məskunlaşan məcburi köçkünlər qatarın yolunu kəsdilər

Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv Deposundakı yataqxanada məskunlaşan qaçqınlar həyatlarının bu qatarının yükünə davam gətirə bilmirlər. Yataqxananın bərbad vəziyyəti bir yana, hər an övladlarının təhlükə altında olması da onları cana gətirib. Vəziyyətdən çıxış yolunu isə ötən gün hərəkətdə olan qatarın qarşısını kəsməkdə görüblər.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Biləcəri qəsəbəsi, Lokomativ Deposunun yataqxanasında məskunlaşan məcburi köçkünlər yaşadıqları şəraitə etiraz olaraq qatarın qarşısını kəsdilər. Sakinlər deyirlər ki, 2-mərtəbəli binada 30-a yaxın ailə məskunlaşıb. Nəzərə alsaq ki, hər ailə minimum 5 nəfərdən ibarətdir və bütün ailə üzvləri bir otaqda qalır, deməli, vəziyyət aydındır. Şikayətçilərin sözlərinə görə, elektrik xətləri heç bir təhlükəsizlik qaydaları gözlənilmədən çəkilib və hər anları təhlükə altındadır.

Bina ilə ara məsafəsi 7-8 metr olan qatar xəttindəki yüksək elektrik gərginliyi isə təhlükənin əhəmiyyətini daha da artırır. Bir müddət qatarların hərəkətinə mane olan sakinlər öz etirazlarını bildirdikdən sonra geri çəkildilər. Ancaq qarşı tərəfdən də qatar gəldiyi üçün məsələ bir az da qəlizləşdi. Buna baxmayaraq bir müddət sonra qatarların hərəkəti tənzimləndi.

Şikayətçilər bildirirlər ki, hər dəqiqə ərazidən qatar keçdiyindən uşaqları qorumaq müşkül məsələyə çevrilib. Əlacsız qalan sakinlər övladlarını qorumaq üçün özlərinə məxsus üsul seçiblər. Onlar üçün hasarlanmış ərazini oyun yeri kimi ayırıblar.

Məsələ ilə əlaqədar Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə bildirildi ki, həmin ərazidə araşdırma aparılacaq və yalnız bundan sonra mətbuata məlumat veriləcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.