Cəmiyyət

Həyətini genişlədən qonşu yolu bağladı - VİDEO

23 Aprel 2014 13:10
0 Şərh     Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ev sahibi yolun kənarında heç bir hasar tikmədiyini və yalnız evinin uçmamasi üçün dayaq qoyacağını deyir

Bakının Xətai rayonunda qonşunun yolu bağlaması heç kəsin ürəyincə olmayıb. Qonşular arasında mübahisə başlayıb.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, qonşuların bu mübahisəsi artıq bir neçə gündür ki, davam edir. Səbəbsə qonşunun digər qonşuların yolunu bağlamaq istəyidir. Daha dəqiq, Xətai rayonu, Aşıq Qurban küçəsində yaşayanlar deyirlər ki, Şahmar Xıdırov adlı şəxs 3 il bundan əvvəl sözügedən ünvanda məskunlaşıb. 3 gün bündan əvvəl onun yolu kəsərək evinin kənar hissəsindəki ərazini götürərək öz həyətinə qatmaq istəməsi qonşuların ciddi narazılığına səbəb olub.

Əraziyə asfalt da tökülüb, qonşular deyirlər ki, onsuz da dar olan küçə qonşunun gəlməsindən sonra bir az da ensizləşib. Artıq küçədən iri maşınların keçməsi müşkül məsələyə çevrilib. Şikayətçilər iddia edirlər ki, yolun bir hissəsinin də zəbt edilməsi onlar üçün əməlli-başlı problemə çevriləcək. Təcili yardım və yanğinsöndürən maşınları lazım olanda əraziyə daxil ola bilməyəcəklər.

Şahmar Xıdırovun da çıxıb məsələyə münasibət bildirməsi qonşular arasında mübahisəyə səbəb oldu.

Şahmar Xıdırov qonşuların şikayətinin əsassız olduğunu bildirdi. O, yolun kənarında heç bir hasar tikmədiyini və yalnız evinin uçmamasi üçün dayaq qoyacağını deyərək əlavə etdi ki, Xətai İcra Hakimiyyətinə müraciət edəcək:

"Axı mən kiməm ki, dövlətin qayda-qanunları var. Əgər komissiya desə ki, olar, hə, onda mən nəsə edərəm, yox, əgər desələr ki, olmaz, onda mən burada heç bir tikinti işi aparmayacağam".

Hər halda Şahmar Xıdırov bütün qonşuların içərisində söz verdi. İndi ona qalır verdiyi vədə əməl etmək. Əks halda qonşular arasında başlanan bu mübahisə hüquq müstəvisinə kimi gedib çıxa bilər.

Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.