Cəmiyyət

Azərbaycanda hava yağıntılı olacaq

22 Aprel 2014 12:45
8 Şərh     Baxış: 6 443
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Azərbaycanda hava yağıntılı olacaq, bəzi ərazilərdə külək güclənəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, aprelin 22-dən 23-ə keçən gecə Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, səhər tədricən kəsiləcəyi proqnozlaşdırılır. Gündüz hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Mülayim şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 9-12, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində aprelin 23-də gecə və axşam dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 9-14, gündüz 19-24, dağlıq ərazilərdə gecə 3-7, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.