Cəmiyyət

Azərbaycanda sərin hava şəraiti nə vaxtadək davam edəcək?

21 Aprel 2014 13:08
3 Şərh     Baxış: 5 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Azərbaycanın bəzi ərazilərində qısamüddətli yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, aprelin 22-də Bakıda və Abşeron yarımadasında havanın əsasən buludlu keçəcəyi, hərdən tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Mülayim şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 9-13, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində aprelin 22-də bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 9-14, gündüz 19-24, dağlıq ərazilərdə gecə 3-8, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında mövsümə uyğun hava şəraiti meteohəssas insanlar üçün əlverişlidir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.