Cəmiyyət

Bakı baş verən çökmə ilə bağlı sürücülərə tövsiyə edilən alternativ yollar açıqlandı - YENİLƏNİB - VİDEO - FOTO

21 Aprel 2014 18:17
12 Şərh     Baxış: 11 228
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:17

"Bakının Nobel prospektində baş verən çökmə ilə əlaqədar yolda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub"

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, bu gün Nobel prospekti, 67 ünvanında, "Azərneftyağ" neft emalı zavodunun çıxış hissəsinə yaxın ərazidə, paytaxtın Zığ qəsəbəsində şəhər istiqamətindəki yolun tam ortasında baş vermiş çökmə ilə əlaqədar həmin yol üzrə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub: "Hazırda Nobel prospektinin Boru keçidi küçəsi ilə kəsişməsindəki işıqforla tənzimlənən yolayrıcından şəhər istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Sürücülərə alternativ yol kimi Boru keçidi ilə Süleyman Əhmədov küçəsinə, oradan da Babək prospekti ilə hərəkət etmələri tövsiyə edilir".


---------
17:37


"Nobel prospektində yolun çökməsini kanalizasiya kollektorundakı sızma ilə əlaqələndirmək hələ tezdir". Bunu Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "Bakı Sukanal" İdarəsinin Yağış və tullantı suları departamentinin rəisi Əlizadə Nəsirov deyib.
 

Ə.Nəsirov bildirib ki, onlar kollektora baxış keçiriblər və baxış nəticələri deməyə əsas verir ki, kollektorda sızma baş verməyib: "Sadəcə, biz çökmənin kollektora ziyan vurub-vurmamasını araşdırırıq. Hələ ki, çökmənin səbəbi məlum deyil. Qərar qəbul olunub ki, batmış hissə doldurulsun və oraya asfalt vurulsun. Hazırda Fövqəladə Hallar Nazirliyi, "Azərsu", "Azəryolservis" çökmənin səbəbini müəyyən etmək üçün birgə araşdırma aparır".


---------
16:13


"Nobel prospektində yolun çökməsini kanalizasiya kollektorundakı sızma ilə əlaqələndirmək hələ tezdir". Bunu Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı deyib.
 

Onun sözlərinə görə, hazırda "Azərsu" ASC-nin əməkdaşları hadisə yerində araşdırma aparır, indiyə qədər kollektorda hər hansı sızmanın baş verməsi təsdiqlənməyib: "Həm çökmüş ərazidən əvvəl, həm də sonrakı quyuya baxış keçirilib və kanalizasiya kollektorunda hər hansı ciddi nasazlıq müşahidə olunmayıb. Hazırda kollektorda suyun səviyyəsi yüksək olduğundan onu içəridən yoxlamaq mümkün deyil. Kollektorda çirkab suların səviyyəsi aşağı düşdükdə xətt daxildən yoxlanacaq və yalnız bundan sonra dəqiq nəsə demək mümkün olacaq".
 

Qeyd edək ki, bu gün səhər 08:00 radələrində Bakının Nobel prospekti, 67 ünvanında, "Azərneftyağ" neft emalı zavodunun qarşısında şəhər istiqamətində yolda çökmə baş verib. Yolun alt hissəsindən keçən, eni 1860 mm olan kanalizasiya kollektorunun sızması nəticəsində yolun əsası və torpaq yatağı yuyulub, bununla da asfalt-beton örtüyü tamamilə çöküb.


---------
14:10

"Azərsu" Nobel prospektində yolun çökməsinə münasibət bildirib.

Bakının Nobel prospektində yolun çökməsini kanalizasiya kollektorundakı sızma ilə əlaqələndirmək hələ tezdir.

APA-nın məlumatına görə, bunu "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Bakının Nobel prospektində yolda baş verən çökmə ilə bağlı açıqlamasında bildirib.

Onun sözlərinə görə, "Azərsu" ASC-nin əməkdaşları hadisə yerində araşdırma aparırlar: "İndiyə qədər kollektorda hər hansı sızmanın baş verməsi təsdiqlənməyib. Həm çökmüş ərazidən əvvəl, həm də sonrakı quyuya baxış keçirilib, kanalizasiya kollektorunda hər hansı ciddi nasazlıq müşahidə olunmayıb".
 
A. Cəbrayıllı deyib ki, hazırda kollektorda suyun səviyyəsi yüksək olduğundan onu içəridən yoxlamaq mümkün deyil: "Kollektorda çirkab suların səviyyəsi düşdükdə xətt daxildən yoxlanacaq, yalnız bundan sonra dəqiq nəsə demək mümkün olacaq".

---------
14:01

Paytaxtın Nobel prospektində baş verən çökmə ilə bağlı yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Bu gün Nobel prospekti, 67 ünvanında, "Azərneftyağ" neft emalı zavodunun çıxış hissəsinə yaxın ərazidə, paytaxtın Zığ qəsəbəsində şəhər istiqamətindəki yolun tam ortasında çökmə baş verib. Bununla əlaqədar müvafiq qurumlar işə başlayıb. Hazırda həmin yol üzrə avtomobillərin hərəkətində sıxlıq yaşanır. Ona görə də Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə hələlik Nobel prospektinin boru keçidi ilə kəsişən hissəsindən, işıqforla tənzimlənən yolayrıcından şəhər istiqamətində nəqliyyatın sıxlığının yaşanmaması üçün alternativ yol kimi Cəmşid Naxşıvanski adına Hərbi Liseyin və "Nargilə" kafesinin yanından Babək prospekti ilə hərəkət etmələrini tövsiyə edir.

Qeyd edək ki, bu gün səhər 8:00 radələrində Bakının Nobel prospekti, 67 ünvanında, "Azərneftyağ" neft emalı zavodunun qarşısında şəhər istiqamətində yolda çökmə baş verib. Yolun alt hissəsindən keçən, eni 1860 mm olan kanalizasiya kollektorunun sızması nəticəsində yolun əsası və torpaq yatağı yuyulub və bununla da asfalt-beton örtüyü tamamilə çöküb.

--------
11:40

Bu gün səhər 8:00 radələrində Bakının Nobel prospektində yolun şəhər istiqamətinə gələn hissəsində çökmə baş verib. Bu barədə Trend-ə hadisə şahidləri məlumat veriblər.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumatı Trend-ə təsdiq edib.

P.Mürsəliyev bildirib ki, Nobel prospektində "Azərneftyağ" neft emalı zavodunun qarşısında şəhər istiqamətində yolda çökmə baş verib. Yolun alt hissəsindən keçən, eni 1860 mm olan kanalizasiya kollektorunun sızması nəticəsində yolun əsası və torpaq yatağı yuyulub və bununla da asfalt-beton örtüyü tamamilə çöküb.

Onun sözlərinə görə, hazırda "Azeryolservis" ASC-nin və "Azərsu" ASC-nin nümayəndələri hadisə yerinə baxış keçirirlər: "Sızan hissənin tapılması üçün yolda qazıntı işləri aparılacaq ki, bu da yolda hərəkət məhdudlaşdırılmadan mümkün deyil".

----------
11:26

Bu gün səhər 8:00 radələrində Bakının Nobel prospektində yolun şəhər istiqamətinə gələn hissəsində çökmə baş verib.

Bu barədə Trend-ə hadisə şahidləri məlumat veriblər.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumatı Trend-ə təsdiq edib.

Milli.Az

--------
14:38

Böyütmək üçün şəkillərə klikləyin.


------------
14:10

Videonu izləmək üçün şəklə klikləyin.



---------
12:07

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.