Cəmiyyət

Qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin sayı açıqlandı

21 Aprel 2014 12:39
0 Şərh     Baxış: 608
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
2014/2015-ci tədris ili üçün Azərbaycanda ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərin sənəd qəbulu davam edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, aprelin 1-dən başlayan bu prosesdə indiyədək 58457 nəfər sənəd verib. Sənəd verərək ərizəsini təsdiqlədən abituriyentlərin 52023-ü Azərbaycan, 6434-ü isə rus bölməsi üzrə sənədlərini təqdim edib. Abituriyentlərin 20416-sı I, 14291-i II, 16617-si III, 7133-ü IV ixtisas qrupu üzrə keçiriləcək müsabiqədə iştirak üçün ərizəsini təsdiqləyib.

Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər aprelin 1-dən 30-dək TQDK-nın internet saytına daxil olaraq şəxsiyyəti təsdiq edən sənəddən və komissiyanın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi"ni doldurmalıdırlar. Abituriyentlər ödəmə kartını internet ödəmə xidmətləri və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə edə bilərlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.