Cəmiyyət

Paytaxtda yeni tikilmiş piyada keçidində iyrənc əməl - FOTO

20 Aprel 2014 23:00
16 Şərh     Baxış: 10 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda yeni tikilmiş piyada keçidində divara bərkidilmiş güzgülər sındırılıb. Milli.Az lent.az-a istinadən xəbər verir ki, Heydər Əliyev prospektində, Şəfa stadionunun qarşısında tikilmiş yeraltı piyada keçidindəki şüşə və güzgülər naməlum şəxs və ya şəxslər tərəfindən sındırılıb.

Keçid hələ istifadəyə verilməsə də, piyadaların təhlükəsizliyi məqsədi ilə sakinlərin buradan istifadə edilməsinə icazə verilib.

Oxşar əməllər Səbail rayonunda, Bakı bulvarının yeni ərazisi ilə Səbail rayon Yanğından Mühafizə Hissəsinin qarşısını birləşdirən keçiddə də törədilib. Burada divarlara döşənmiş mərmər örtüklər dağıdılıb.

Qeyd edək ki, hər iki keçiddə təhlükəsizlik kameraları yoxdur.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.