Cəmiyyət

Nazir müavini: "Məktəblərdə ayrıca din dərslərinin tədrisi Dövlət Strategiyasına daxil ediləcək səviyyədə məsələ deyil"

19 Aprel 2014 15:23
0 Şərh     Baxış: 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası daha fundamental və mühüm sənəddir. Məktəblərdə din dərslərinin ayrıca fənn kimi keçirilməsi Dövlət Strategiyasına daxil ediləcək səviyyədə olan məsələ deyil".

Milli.Az APA-a istinadən xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

Nazir müavini bildirib ki, strategiya təhsilin inkişafı üzrə hədəfləri müəyyənləşdirir: "Strategiyanın tətbiqi ilə bağlı növbəti sənədlər qəbul olunacaq. Onlardan biri Strategiyaya əsaslanan Fəaliyyət Planıdır. Fəaliyyət Planı təsdiq olunduqdan sonra təhsilin hər bir sahəsi üzrə dövlət proqramları qəbul olunacaq".
  

Nazir müavini onu da əlavə edib ki, hazırda məktəblərdə ayrıca din fənni tədris olunmur: "Ancaq bizim tədris planımızda ümumtəhsil məktəblərində "Həyat bilgisi" adlı fənn var. Bu fənn vasitəsilə həyatın müxtəlif sahələri ilə bağlı biliklər uşaqların yaş həddinə uyğun olaraq verilir. Orada da ümumilikdə müxtəlif dinlər barədə məlumatlar verilir".

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.