Bu gün "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın hədəflərinin ictimaiyyətə çatdırılmasında KİV-in rolu" mövzusunda elan olunan jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Trend-in məlumatına görə, tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov təhsil məsələlərinin işıqlandırılmasında və cəmiyyətə təqdim edilməsində KİV-lərin rolunun xüsusi olduğunu bildirib.
Nazir müavini əlavə edib ki, hazırda "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın icrası ilə əlaqədar Fəaliyyət Planı hazırlanır. Bu plan hazırda hökumətdə müzakirə edilir. Fəaliyyət Planı təsdiqləndikdən sonra müvafiq sahələrə uyğun olaraq, dövlət proqramlarının qəbul ediləcəyi gözlənilir: "İslahatların uğurla aparılması üçün bu işlərin mahiyyətinin düzgün başa düşülməsi də şərtdir. Ancaq bu islahatların təşəbbüskarı yalnız Təhsil Nazirliyi olmalı deyil. Bütün cəmiyyət bu təşəbbüskarın iştirakçısı olmalıdır".
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə müsabiqə barədə məlumat verib. O qeyd edib ki, müsabiqəyə KİV nümayəndələri tərəfindən 46 yazı təqdim edilib. Yazılar təhsil sektorunu əhatə edən 5 istiqamət üzrə hazırlanıb. Ümumilikdə 25 nəfər müsabiqənin qalibi olub və həvəsləndirici yerlərə sahibləri müəyyənləşib.
Sonda qaliblərə diplom və mükafatlar təqdim olunub.
Trend Beynəlxalq informasiya Agentliyinin müxbiri İlhamə İsabalayeva müsabiqənin "Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması" istiqaməti üzrə I yerə layiq görülüb.
Milli.Az
Cəmiyyət
Təhsil Nazirliyi və KİVDF-nin birgə keçirdiyi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldı
19 Aprel 2014 13:31
0 Şərh
Baxış: 464
DİGƏR XƏBƏRLƏR
- “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin hesabat tədbiri keçirilib - VİDEO - FOTO
- İmran Əliyev həbs edildi
- Küçələrdə yaşayan vəzifəli şəxs: "O səhv həyatımı" - VİDEO
- Hamamda meyiti tapılan qız və oğlana yazılanlara REAKSİYA VERDİ - VİDEO
- İki nəfəri öldürən ata və oğuldan xəbər var
- "Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
XƏBƏR LENTİ
- Erməni tağım komandirinin müavini öldü
- Dua Lipa məşhur brend üçün kamera qarşısına keçdi - FOTOlar
- Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
- Yaz-yay üçün qarderobumuzu belə hazırlamalıyıq - Tanınmış modelyerdən məsləhət
- Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü
- Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
- İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi
- Lavrovdan İrəvana: Bu, AB missiyası deyil, NATO-dur!
- Döş xərçəngindən qorunmağın 5 YOLU
- "Əsl musiqiçilər qoca olmur"
- Özəl universitetlər: boşda qalmamaq, yoxsa təhsil üçün seçilir? – ARAŞDIRMA
- Vladimir Kazimirov öldü
- Kişi tanış olduğu 50 qadını məhkəməyə verir – SƏBƏB
- Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub - VİDEO - FOTOlar
- Bu vulkan hər gün göyə 6000 dollar püskürür
- Aİ Azərbaycanla Ermənistan arasında danışıqları dəstəkləyir - Toyvo Klaar
- İş yerinizi tez-tez dəyişirsinizsə, bunun 3 SƏBƏBİ var
- Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI
- Sülhməramlıların Qarabağı vaxtından əvvəl tərk etməsinin ƏSL SƏBƏBİ - VİDEOMÜSAHİBƏ
- Limon və laym arasındakı fərq nədir?
- “iPhone 16 Pro”dan hər kəsi sevindirəcək 3 xüsusiyyət
- 80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO
- Buraxılış imtahanının nəticələri elan olundu
- Onlara Çempionlar Liqasında 5-ci yer verilib - YENİLİK