Cəmiyyət

Bakı yollarından biri bağlanır, biri isə məhdudlaşdırılır

19 Aprel 2014 13:25
0 Şərh     Baxış: 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" SC Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində hərəkətin sıx olduğu yollardan biri olan Ordubadi küçəsini genişləndirir".

Bu barədə Trend-ə SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, yolun 670 metrlik hissəsi 9 metrdən 12 metrədək genişləndirilir. Bu gün yolun asfalt-beton örtüyünün salınmasına başlanır.

Mürsəliyevin sözlərinə görə, həmin ərazidə Natəvan və Asəf Zeynallı küçələrində də işlər aparılacaq.

Pünhan Mürsəliyev onu da deyib ki, üfüqi nişanlama xətləmə ilə əlaqədar şənbə günündən bazar gününə keçən gecə 20 Yanvar yol qovşağından Bakıdan çıxış istiqamətində ("Şamaxinka") avtomobil nəqliyyatının hərəkətinə imkan verilməyəcək.

Onun sözlərinə görə, bu işlər başa çatdıqdan sonra yolun əks istiqamətində xətləmə işləri həyata keçiriləcək. Avtomobil sahibləri ikinci dərəcəli yollardan istifadə edə bilərlər.

Mürsəliyevin qeyd etdiyi kimi, həmçinin xətləmə ilə əlaqədar 20 Yanvar yol qovşağından İzmir küçəsi ilə kəsişməyə qədər Tbilisi prospekti ilə hərəkət məhdudlaşdırılacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.