Cəmiyyət

Azərbaycanda iki rəis rüşvət üstə işdən qovuldu

19 Aprel 2014 12:38
1 Şərh     Baxış: 952
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər Dəniz Gəmişiliyi QSC-də iki şöbənin rəisi rüşvətə görə işdən azad olunub

Milli.Az xəbər verir ki, bu barədə axar.az-a QSC-dəki mənbələrdən məlumat daxil olub.

Mənbə Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyevin idarədə ciddi yoxlamalarla bağlı əmr verdiyini bildirir. O, verilən əmrdən sonra Gəmiçiliyin İnsan Resursları və Əmək Haqqı şöbəsinin rəisi Nizami Əliyev və Neft donanmasının İnsan Resursları və Əmək Haqqı şöbəsinin rəisi Rövşən İmamverdiyevin artıq işdən qovulduğunu deyib. Vəzifəsindən azad olunan şəxslər arasında Siravi Komanda Heyətinin inpektoru Əkbər adlı şəxsin də olduğu qeyd edilir. Mənbə sonuncu ilə bağlı qərarın bir ay bundan öncə verildiyini söyləyib.

Hər üç şəxsin qovulmasına səbəbin rüşvət olduğu iddia edilir. Bildirilir ki, sabiq rəislərin gəmi kapitanlarından aldıqları rüşvət artıq idarə rəhbərliyinə məruzə olunub. Belə ki, gəmi kapitanı Mövsüm İsayevin "Qəhrəman Həsənov" tankerinə kapitan keçmək üçün Nizami Əliyevə 5.000 AZN dəyərində rüşvət verdiyi vurğulanır. Bundan əlavə, 73 yaşlı baş mexanikdən də FRAXTA-da ("Meredian Şpinq" firması) işləmək üçün rüşvət alındığı bildirilir.

Xatırladaq ki, hər iki şöbə rəisi Aydın Bəşirovun kadrları hesab olunur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.