Cəmiyyət

Can verənlərin gözünə ölüm mələyi eyni şəkildə görünür?

19 Aprel 2014 17:53
2 Şərh     Baxış: 1 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Can verən adamların hamısının gözünə ölüm mələyi eyni şəkildə görünür, yoxsa fərqli şəkillərdə? 

Milli.Az islam.az-a istinadən bildirir ki, Quran ayələrindən və hədislərdən məlum olur ki, ölüm mələyi mömin şəxslə kafirin canını fərqli şəkillərdə alır. Kafirlər ölüm mələyini dəhşətli qiyafədə görür və qorxu içində, əziyyətlə canlarını təslim edirlər: "Kaş sən kafirləri mələklər onların üzünə və yanlarına vura-vura: "Dadın atəşin əzabinı!" - deyib, canlarını alanda görəydin!" (Ənfal, 50).

Möminlərin gözünə isə ölüm mələyi xoş və yaraşıqlı simada görünür və onların canını rahatlıqla alır: "O kəslər ki, mələklər onların canlarını pak olduqları hal­da alıb: "Sizə salam olsun! Etdiyiniz (gözəl) əməllərə görə cənnətə daxil olun!" - deyər­lər" (Nəhl, 32).
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.