Cəmiyyət

Bakının iki mərtəbəli avtobuslarında gəzinti - FOTO

19 Aprel 2014 11:40
0 Şərh     Baxış: 822
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakı daxilində turlar təşkil edən iki mərtəbəli avtobusların sərnişinləri pulsuz Wi-Fi ilə  də təmin olunacaqlar. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına "City Sightseeing Baku" şirkətinin baş direktoru Əfsun Əhmədov bildirib.

Onun sözlərinə görə, məsələ yaxın zamanlarda həll olunacaq.

"Yay mövsümündə avtobusların qrafiki saat 11:00-dan 22:00-23:00-a kimi, dövlət tədbirlərindən asılı olaraq isə saat 24:00-a kimi davam edə bilər. Marşrutun uzunluğu 21 kilometrdir. Avtobusun sərnişin tutumu isə 72 nəfərdir. Aşağı mərtəbə 22 nəfər, yuxarı mərtəbə isə 50 nəfər üçün hesablanıb. Avtobuslarda video müşahidə cihazları quraşdırılıb. Avtobusun içində Azərbaycanın tarixi, mədəniyyəti və kulinariyası ilə bağlı videoçarxlar nümayiş olunacaq", - o əlavə edib.

Şirkət rəhbərinin sözlərinə görə, avtobuslar müasir audio sistemlə təchiz ediləcək. Sərnişinlərə 8 dildə Bakının görməli yerləri barədə məlumat veriləcək.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.