Cəmiyyət

Xaçmazda yaşayış binası hər an uça bilər - VİDEO

19 Aprel 2014 11:32
0 Şərh     Baxış: 372
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zirzəminin çirkab suları ilə dolu olduğunu deyən bina sakinləri dam örtüyünün bərbad vəziyyətdə olduğunu bildiriblər

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Xaçmaz şəhəri N.Nərimanov küçəsi, 78 ünvanındakı 5 mərtəbəli yaşayış binası uça bilər. Zirzəminin çirkab suları ilə dolu olduğunu deyən bina sakinləri dam örtüyünün bərbad vəziyyətdə olduğunu bildirib və rəsmilərin laqeydliyindən şikayət edirlər.

ANS əməkdaşları sözügedən ünvana çatanda məlum olub ki, bu binada 4 il əvvəl də eyni mövzu ilə bağlı çəkiliş aparılıb. O vaxtdan sakinlərin şikayəti yerində sayır, rəsmi qurumlar daşı-daş üstünə qoymayıblar.

Sözügedən binanın sakini Səlimə Musayeva deyir ki, şikayətə baxan olmayıb: "Gələn olmadı, icraya qədər şikayət eləmişəm, baxan yoxdu. Bura birnci köçən adam da mən olmuşam. O, vaxtda bu yana, nə bu pilləkənləri süpürən oldu, nə də binanın damına baxan oldu, hazırda binanın zirzəmisi ağzına kimi sudu".

Digər sakin Maysənəm Məmmədova qeyd etdi ki, qəzalı vəziyyətdə olan binanın birinci mərtəbəsində yaşayır, amma rütubət və kanalizasiya iyindən qonaq qarşılamağı bacarmır: "Evimdə qonağın yanında üzüqara oluram, evdə balaca-xırda uşaqlar var, oğul nəvələrimdi. Hamısı bu saat yatırlar, uşaqların ayaqları yel tutub, mən bilmirəm neyləyim".

Sakinlər 4 il əvvəl ANS-ə vəd verən Xaçmaz Su İdrəsinin rəsmiləri problemi həlli istiqamətində heç bir iş görmədiyindən də gileyləndilər.

Növbəti sakin Qəribşah Ələkbərovun sözlərinə görə, vəziyyət acınacaqlıdı: "Gördüyünüz kimi, su binanın zirzəmisinə dolur. Hələ burada bir azdan qış vaxtı su qapının ağzına kimi gəlib çıxır. Bir də ki, binanın dam örtüyü sınıq-sınıqdı".

Orada olduğumuz zaman zirzəmidən gələn pis iy səbəbindən ərazidə dayanmaq çox çətin idi. Xatırladaq ki, 1988-ci ildə istifadəyə verilmiş bina elə bil müharibədən çıxmışdı, dam örtüyü də qəzalı vəziyyətdə idi. Orada olduğumuzu eşidən kimi, Xaçmaz Sukanal İdrəsinin baş mühəndisi Bəybala Musayev özünü yetirdi. Mühəndisin yenidən vədlər verməsi isə sakinləri özündən çıxardı.

Görəsən, sakinlər yenə daha 4 il gözləməyəcək ki?

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.