Cəmiyyət

"Avtoş"luq edən məmur balasının həbsi yalan çıxdı

19 Aprel 2014 09:57
0 Şərh     Baxış: 1 383
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

240 surətlə gedən Yevlax gömrüyünün rəisinin oğlu imiş

Sosial şəbəkədə ən çox baxılan videoroliklərdən biri də aeroport yolunda 2 avtomobilin sürət yarışına çıxması haqdadır. Videorolikdə "BMW X6" və "Lada Priora" markalı avtomobillərin sürücülərinin ötüşdürdükləri əks olunur. Bir-birini ötmə yarışında hər iki avtomobilin sürət həddi 240 km/s-dan çox olub.

"Bizim yol" qəzeti məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxlayıb. E.Zahidov deyib ki, söhbət sürət həddinin aşılmasından, yol hərəkəti qaydasının pozulmasından gedirsə, müvafiq tədbir görülür: "Radarlar, videomüşahidə cihazlarımız qeydə alırsa, sözsüz ki, sürücü barədə tədbir görülür".

Rəis müavini "DİN əməkdaşları xuliqanların kim olduğunu videogörüntülərlə araşdıra bilirlər" sualına belə cavab verib: "Radarlar həmin görüntüləri çəkibsə, yəni onların hərəkəti radarlara düşübsə, adi qaydada digər sürücülər kimi, onlar da dəvət olunur və inzibati qaydada cəzalandırılır".

E.Zahidov vurğulayıb ki, sürət aşılıbsa və həmin sürət həddinin aşılması, qayda pozuntusu radarlara düşübsə, müvafiq qaydada da tədbir görüləcək.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə deyib ki, artıq avtoxuliqanların kimliyi onlara məlumdur: "Axtarışları barədə iş gedir. Sənədləşdirilən kimi ad-soyadlarını sizə deyəcəm. Söz verə bilmirəm ki, bu gün onları tutacam, sənədləşdirib sizə bildirəcəm. Hər halda, nəzarət gücləndirilib, o maşınların axtarışı ilə bağlı iş davam edir". V.Əsədov deyib ki, web-saytlarda olan məlumatları izləyir, reaksiya verirlər: "Kimsə qaydanı pozub onun görüntülərini KİV vasitəsilə yayırsa, bunun məsuliyyətini də dərk etməlidir. Bundan əvvəl də 3 nəfər belə qayda pozuntusunu videolentə alıb, saytlarda yerləşdirmişdilər. Onların 3-ü də saxlanıldı və sürücülük hüququndan məhrum edildilər".

"Yeni Müsavat" əməkdaşı məsələ ilə bağlı vəkil Cavad Cavadovun fikrini öyrənib. Vəkil deyib: "Görüntülərdə avtomaşınların yüksək sürətlə idarə edilməsi göstərilsə də, bu həmin şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Çünki "Yol Hərəkəti haqqında" Qanunun 83-cü maddəsinin 3-cü hissəsinə əsasən, müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir. Qanunun mənasına görə sürət həddinin aşmasının müəyyən edilməsi yalnız xüsusi cihazlarla ölçülür və bu hallar inzibati xəta haqqında icraata başlamaq üçün səbəb ola bilər. Bu səbəbdən bu görüntülər bunu etməyə əsas vermir".

Vəkil bildirib ki, digər tərəfdən həmin görüntülərin nə vaxt aparılması da sual altındadır: "Çünki İnzibati Xətalar Məcəlləsinin 36.1. maddəsinə əsasən, İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci iki ay keçənədək verilə bilər".

Virtualaz.org saytı DİN-dəki mənbəyə istinadən yazıb ki, avtomobillərin sahibləri Yevlax gömrüyünün rəisinin oğlu, DİN-də işləyən Həsənov Tural Əhməd oğlu və onun dostu Abdulbağırov Rahib olublar.

DİN avtomobillə xuliqanlıq edən məmur balalarını saxlayıb və az sonra məhkəmənin qərarı ilə yüksək rütbəli gömrük məmurunun oğlu Tural Həsənov 20 sutka azadlıqdan məhrum edilib. Onun "BMW X6" avtomobili ilə yarışa çıxdığı bildirilir.
Həmçinin T.Həsənovu polis sıralarından qovublar. Digər avtoxuliqan isə 15 sutka həbs cəzası alıb.

Məlumata görə, hüquq-mühafizə orqanları oliqarxların və məmurların qanunları tapdalayan balalarına qarşı yeni həbslər həyata keçirməyə hazırlaşır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.