Cəmiyyət

Hərbi hissələr Gəncədən çıxarılır

18 Aprel 2014 19:50
0 Şərh     Baxış: 1 236
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu il 6, gələn il isə 5 hərbi hissə Gəncədən çıxarılacaq.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə açıqlamanı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu ilin I rübünün yekunlarına həsr edilən iclasda bildirib.

Onun sözlərinə görə ölkə rəhbərinin tapşırığı ilə Gəncənin ətrafında hərbi hissələr üçün yeni binalar tikiləcək və Gəncənin mərkəzində olan hissələr ora köçürüləcək.

İcra başçısı qeyd edib ki, bu ilin sonuna kimi 6, gələn il isə 5 hərbi hissənin köçürülməsi planlaşdırılır.

E.Vəliyev qeyd edib ki, hissələr köçürüldükdən sonra 800 hektar torpaq sahəsi boşalacaq və bu ərazilərdən şəhərin baş planına uyğun olaraq istifadə ediləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.