Cəmiyyət

Şəkidə "Açıq qapı" günü

18 Aprel 2014 19:39
1 Şərh     Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü hər yerdə olduğu kimi, Azərbaycanda da geniş qeyd olunur. Bu münasibətlə tarixi-memarlıq abidələri, mədəniyyət ocaqları, muzeylərə ekskursiyalar təşkil olunur. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Şəkidə də bu istiqamətdə tədbirlərin keçirilməsinə geniş hazırlıq görülüb.

"Açıq qapı" çərçivəsində sakinlər tarixi abidələrlə ödənişsiz tanış olmaq imkanı əldə ediblər. "Açıq qapı" günündə bütün tarixi-memerlıq abidələri, muzeylər və bu kimi məkanları ödənişsiz ziyarət etmək mümkün olub. Tarixi abidələrlə zəngin olan Şəkidə isə bu imkanı dəyərləndirməmək olmaz. Şəki sakinləri ilə yanaşı, yerli və xarici qonaqlar da yaradılan bu şəraitdən bəhrələnə biliblər. "Açıq qapı" gününün keçirilməsində məqsəd insanların bu sahədə məlumatlılığını artırmaq, onlarda tarixi-mədəni irsimizlə bağlı daha dolğun informasiya yaratmaq, eləcə də abidələrin qorunması işinə cəlb etməkdir.

Şəkidə "Açıq qapı" günü 10-dan çox tarixi abidəni əhatə edib. Onların arasında Şəki Xan Sarayı, Kiş Alban Məbədi, Tarix-diyarşünaslıq Muzeyi, Mirzə Fətəli Axundzadənin Ev Muzeyi, Sabit Rəhmanın Ev Muzeyi, Xalq Tətbiqi Sənəti Muzeyi, Rəsm Qalereyası, Şəki Xanlarının Evi və digər məkanlar daxildir. Gün ərzində səhər saat 9-dan axşam 18-dək bütün bu məkanlar ödənişsiz qaydada sakinlər və qonaqların üzünə açıq olub.


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.