Cəmiyyət

DİN məmur balalarının həbsinə başladı? - VİDEO

18 Aprel 2014 17:59
2 Şərh     Baxış: 2 095
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Zığ şossesində iki avtomobil azğın sürətlə yarışa çıxaraq dəfələrlə qəza vəziyyəti və bakılıların həyatı üçün real təhlükə yaradıb

Milli.Az xəbər verir ki, bu barədə virtualaz.org saytına DİN-dəki mənbələrdən məlum olub. Avtomobillərin sahibləri Yevlax gömrüyünün rəisinin oğlu, DİN-də işləyən Həsənov Tural Əhməd oğlu və onun dostu Abdulbağırov Rahib olublar.

DİN avtomobillə xuliqanlıq edən məmur balalarını saxlayıb və az sonra məhkəmənin qərarı ilə yüksək rütbəli gömrük məmurunun oğlu Tural Həsənov 20 sutka azadlıqdan məhrum edilib. Onun "BMW X6" avtomobili ilə yarışa çıxdığı bildirilir. Həmçinin T.Həsənovu polis sıralarından qovublar. Digər avtoxuliqan isə 15 sutka həbs cəzası alıb.

Virtualaz.org saytına məlum olub ki, bu hadisə hakimiyyətin yüksək eşelonlarında ciddi ajiotaj yaradıb.

Hazırda Cinayət Məcəlləsinə avtoxuliqanlığa görə avtomobilin müsadirə olunmasına imkan verən düzəlişin edilməsi barədə ciddi müzakirələr gedir.

Məlumata görə, hüquq-mühafizə orqanları oliqarxların və məmurların qanunları tapdalayan balalarına qarşı yeni həbslər həyata keçirməyə hazırlaşır. Oxucuları hadisələrin sonrakı inkişafı ilə bağlı məlumatlandıracağıq.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.