Cəmiyyət

Gecənin bir aləmi evimizə əxlaqsız girir...

21 Aprel 2014 01:00
23 Şərh     Baxış: 12 064
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Kabel televiziyaları artıq əksər insanların istifadə etdiyi xidmət sahəsinə çevrilib. Kabel şəbəkələri müştərilərə dünyanın məşhur televiziya kanallarını təklif edirlər. Təklif olunan kanallar arasında xüsusi paket şəkilində erotik və porno kanallar da var. Bundan başqa, kabel televiziyaları tərəfindən müştərilər üçün standart paketlərdə Rusiyanın REN TV kanalı təqdim olunur ki, orada gecə saatlarında erotik filmlər nümayiş olunur. Bu təkliflər nə dərəcədə qanunidir?

Kabel televiziyalarından birinin rəsmisi Sabir Məşədizadə Milli.Az-a bildirdi ki, cəmi 2 kanal 18+ kanal paketinə daxil edilir. Həmin paketlər müştərilərin istəyi ilə yayımlanır və bunun üçün həmin paketə əlavə 2 manat pul ödənilməlidir. Digər kanallar isə açıq yayımlanır.

Hüquqşünas İradə Cavadova hesab edir ki, erotik və porno kanalların müştərilərə təklif olunması təqdirəlayiq deyil. O, Milli.Az-a açıqlamasında bildirdi ki, bu tip kanallar gənclərin tərbiyəsini pozur. Bunun üçün dövlət proqramı olmalıdır və qadağa qoyulmalıdr. Qanunvericilikdə qadağa yoxdu və bu boşluqdur. İ.Cavadovanın fikrincə, kabel televiziyası hansısa ailə ilə müqavilə bağlayarkən onları erotik kanallarla bağlı xəbərdar etməlidir. Ailə razı olarsa, təqdim olunmalıdır, yəni ikitərəfli məsuliyyət olmalıdır.

"Hesab edirəm ki, bu kimi kanalların insanlara təklifi yaxşı üsul deyil. Bu kanalları çox vaxt bağlayırlar ki, uşaqların xəbəri olmasın. Rusiyanın REN TV kanalını pullu etdilər və artıq həmin televiziyaya kodla baxırlar. Amma bizdə REN TV açıq yayımlanır", - deyə hüquqşünas əlavə etdi.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Milli.Az-a bildirdi ki, kabel şəbəkələri kommersiya layihələridir. Onlar daha baha olan paket yaradırlar və əhaliyə satırlar. Şura sədrinin sözlərinə görə, bu paketlərdən kim istəyər istifadə edər, kimsə imtina edər. Bu onların istəyindən asılı olan məsələdir.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.