Cəmiyyət

İlham Mirzəyevə məhkəmədə daha bir zərbə

18 Aprel 2014 15:28
6 Şərh     Baxış: 10 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Yasamal rayon Məhkəməsində tanınmış aparıcı, hazırda həbsdə olan İlham Mirzəyevi döyməkdə və hədə-qorxu gəlməkdə təqsirləndirilən Asif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, prosesdə qərar elan olunub. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 134-cü (döymə) və 221-ci (xuliqanlıq) maddələri üzrə bəraət verilib. Digər ittiham olunduğu maddə 127.2.3-cü (ümumi təhlükəli üsulla xuliqanlıq törətmə) maddəsi isə 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan üsulla az ağır xəsarət yetirmə) maddəsinə tövsif edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, bir müddət əvvəl İ.Mirzəyev həbs edilib. Məhkəmə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. İ.Mirzəyev vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq tutulub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.