Cəmiyyət

DİN-dən qaraçılarla bağlı AÇIQLAMA: "Onlara qadağa qoya bilmərik"

18 Aprel 2014 16:15
1 Şərh     Baxış: 627
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hər birimiz gün ərzində ən azı bir dəfə paytaxt küçələrində, o cümlədən metrostansiyaların yaxınlığında "evimdə xəstə var", "Allah eşqinə", "uşağıma dərman pulu", "çörək pulu verin" deyib dilənənlərlə rastlaşırıq.

Qeyd edək ki, son zamanlar "Xalqlar dostluğu" və "Neftçilər" metro stansiyalarının ətrafında hər addımda dilənçiyə rast gəlmək adi haldır. Səhər tezdən yaralı ayağını açıb, insanların hislərinə toxunmaqla pul qazanmaq bir növ dəb halını alıb. Əlbəttə, bu insanların bəzilərinin, həqiqətən, yardıma ehtiyacı var. Ancaq dilənçiliyi özünə bir növ peşə seçənlər də az deyil. Məsələn, qaraçıların, sözün həqiqi mənasında, dilənməkdə tayı-bərabəri yoxdur. İldə bir neçə dəfə paytaxtda polisin bu dəstələrlə bağlı xüsusi əməliyyat keçirməsinə, hətta onların saxlanılaraq Bakıdan uzaqlaşdırılmalarına baxmayaraq, bir müddət keçməmiş yenidən küçələrdə peyda olurlar.

Onların bəziləri hətta o qədər peşəkarlaşıblar ki, metro stansiyalarının giriş-çıxışlarında təhlükəsizliyi qoruyan polisləri də aldada bilirlər. Bu səbəbdən indi dilənən qaraçılar sizinlə qatara sərnişin kimi də daxil ola bilirlər. Ancaq qatar stansiyadan tərpənən kimi əllər uzanmağa, yalvarışlar, daha nə bilim nələr başlayır. Bir neçə qaraçı arvadın hay-küylü danışığı, onların yanlarında gəzdirdikləri azyaşlı uşaqların camaatın az qala ayağını tapdalayaraq pul dilənməsi isə tamamilə fərqli mənzərə yaradır. Bu səbəbdən haqlı olaraq sual yaranır: "Görəsən, metro stansiyalarının girişində oturan polislər, bundan başqa stansiyaların ərazisində gəzişən nəzarətçilər sərnişinlərin rahatlığını pozan bu insanların qarşısını niyə almırlar?"

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov modern.az-a deyib ki, dilənçilik və avaraçılıqla məşğul olan insanaların yığışdırılması məqsədilə mütəmadi olaraq polis orqanları tərəfindən reydlər həyata keçirilir:

"Onlar paytaxtın simasına xələl gətirməklə yanaşı, həm də millətimizin adət-ənənəsinə zidd hərəkətlər edirlər. Reydlər nəticəsində həmin insanlar qəbuledici və bölüşdürücü məntəqələrə aparılır. Orada onların şəxsiyyəti müəyyən edildikdən sonra yaşayış yerləri üzrə ünvanlarına göndərilirlər. Amma problem ondadır ki, onlar bir müddət sonra yenidən paytaxta gələrək öz əməllərinə davam edirlər. Düşünürəm ki, tək polis orqanları deyil, həmçinin əhali də bu cür insanlara qarşı öz etriazlarını bildirməlidirlər. Onların Bakıya gəlməsinə qadağa da qoya bilmərik. Biz onları yola salırıq, bir müddət sonra yenidən Bakıya gəlib, dilənçi libasını geyinərək öz çirkin əməlini davam etdirir. Ancaq konkret olaraq qayda pozmadıqları halda onları məsuliyyətə cəlb etmək olmaz. Əksəriyyəti də yanında uşaqlar olan qadınlardır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.