Cəmiyyət

Rəqqas mürşid və makiyajlı mürid(ə)lər

19 Aprel 2014 21:14
0 Şərh     Baxış: 1 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adnan Oktar kifayət qədər qalmaqqalı bir şəxsdir.

Ən azından yəhudi köklü olub, özünü türk və müsəlman kimi təqdim etməsi, rəsmən masson lojasına qoşulması, mehdilik iddiası etməsi və s. haqqında olan məlumatlar belə düşünməyimizə əsas verir. Özünün də etiraf etdiyi kimi, dini təhsili yoxdur, dünyəvi təhsili də natamamdır. Amma bununla belə, heç də az əhəmiyyətə malik olmayan,dünya miqyasında tirajlanan, hətta İran kimi bir şiə ölkəsində əksər əsərləri çap edilən və rəğbətlə oxunan dini kitabların müəllifidir. Dini və dünyəvi təhsilinin olmaması faktı bu cür düşünməyimizə əsas verir ki, bu əsərlər məhz onun tərəfindən deyil, müəyyən bir qrup tərəfindən yazılıb. Müəllif kimi "Harun Yəhya"nın göstərilməsində məqsəd, onu dünyada nüfuzlu, savadlı bir din xadimi kimi təqdim etmək və ardınca isə, onun vasitəsi ilə məkirli planlarını həyata keçirməkdir. Dünya şöhrətli dini simaya çevrilən A. Oktarın özünü "Mehdi" adlandırması yuxarıdakı qənaətimizin yanlış olmamasını təsdiq edir. Həzrət Mehdi kimdir?

Hz. Məhəmmədinin (s) dininin həqiqi varisi, müəyyən bir zamanda dünyanı ədalətlə dolduracaq, haqq hakimiyyət quracaq bir şəxs. Amma A. Oktarın simasında isə dünyaya dolayısı ilə yüngül xarakterli, işi-gücü ətrafına qatı makiyajlı, açıq-saçıq geyimli zənənləri yığan, işi yalnız onlarla əylənməkdən ibarət bir "Mehdi" təqdim edilərək həqiqi mehdiçilik ideologiyası, müsəlman ümmətinin "son ümidi" aşağılanır, gələcəklərə olan böyük inamı məhv edilir.

Bildiyimiz kimi, İslam dinində qadın-kişi (məhrəm-naməhərm) söhbətinə, hicab məsələsinə çox həssaslıqla yanaşılır və hər bir müsəlmandan bunlara ciddi şəkildə riayət etmək tələb olunur. Lakin A. Oktarın vasitəsi ilə bu münasibətlər ciddi şəkildə təhrif olunur, onun simasında yüngül xarakterli müsəlman kişisi, "pişikləri" vasitəsi ilə pozğun qadınları xatırladan müsəlman qadını obrazı yaradılır və tədriclə bu, müsəlman cəmiyyətinə aşılanır. Heç də belə düşünməyək ki, bu verilişlər cəmiyyətdən təsirsiz ötüşür.

A. Oktarın "kediləri"ni öz namusu bilənlər, onların şərəflərini qormumaq uğrunda mübarizə aparanlar, yaxud "indiyədək İslam dinini yanlış başa düşmüşük, əsl İslamı A. Oktar təqdim edir" kimi düşünənlər var. Demək, vəziyyət düşündüyümüzdən daha acınacaqlıdır. Buna görə də bizə bəzi şarlatanların maraqlarını təmin edən "islam" diktə edilməzədn qabaq, hamımız- xalq, ruhanilər və səlahiyyətli orqanlar əl-ələ verib, bu və buna oxşar digər dövlət və cəmiyyət üçün təhlükəli olan dini cərəyanların qarşısını almalıyıq.

İslam.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.