Cəmiyyət

Adnan Oktar barədə Azərbaycanla bağlı daha bir ağlasığmaz iddia

18 Aprel 2014 13:30
3 Şərh     Baxış: 1 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adnan Oktarın Azərbaycandakı adamları vasitəsi ilə Azərbaycan dövləti əleyhinə araşdırma apardığı deyilir

Türkiyənin tanınmış ilahiyyatçısı və A9 telekanalının rəhbəri Adnan Oktarın Azərbaycan və azərbaycanlıların əleyhinə gizli araşdırma apardığı iddia edilir.

Milli.Az bildirir ki, özünü İstanbul Marmara Universitetinin doktorantı kimi təqdim edən Sərdar Murad adlı şəxsin anspress-ə göndərdiyi məktubda irəli sürülən ittihamlar nəinki dövləti, hətta sıravi azərbaycanlını belə narahat etməlidir. Məncə, həyəcan təbili çalmağın vaxtıdır.

"Salam, hörmətli media!

Adnan Oktar barədə yazılardan sonra mən də bir sirri açmaq istəyirəm. Özüm İstanbulda Marmara Universitetində doktorantam. 6 ay əvvəl Adnan Oktar camaatından ayrıldım. Adnan Oktar Azərbaycandakı adamları vasitəsi ilə Azərbaycan dövləti əleyhinə araşdırma apartdırır. Bilmirəm, Azərbaycandakı adamlarını necə inandıra bilib, amma çox təhlükəli araşdırmadır. Adnan Oktara həmin araşdırmanı Avropadakı ermənipərəst təşkilatlar sifariş edib. Həmin araşdırmaya görə, Azərbaycan əleyhinə sənədli film hazırlanacaq.

Adnan Oktarın tələbinə görə, Azərbaycandakı adamlarından bir qız və digər iki oğlan, Azərbaycanda hal-hazırda yaşayan ermənilərin sayı, həmin ermənilər nə üçün öz dini etiqadını gizli həyata keçirir, Bakıda erməni kilsəsi nə üçün bağlıdır, ermənilər öz kimliklərini nə üçün gizlədirlər və erməni uşaqlarına gizli qalmaları üçün Azərbaycan adlarını qoyurlar mövzusunda bir ildir ki, araşdırma aparırlar. Avropada ermənipərəst təşkilatlar bu araşdırma nəticəsində Azərbaycanda yaşayan "ermənilərə edilən zülm" mövzusunda sənədli film hazırlayacaqlar.

Adnan Oktarın ən yaxın adamı Behzar Sezgin bir dəfə mənə dedi ki, Adnan xoca Azərbaycanda bu mövzuda araşdırma apartdırır, nə üçün səni bu araşdırmaya daxil etməyib? Bundan sonra mən qorxdum.

Azərbaycan xalqının gələcəyi naminə bu məsələni gündəmə gətirin".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.