Cəmiyyət

Bakı bulvarının qağayıları hara uçdular?

18 Aprel 2014 12:38
1 Şərh     Baxış: 974
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakı bulvarındakı qağayılar yoxa çıxıblar. Hər zaman Bakı buxtasının üzərində uçan quşlar artıq yoxdurlar.

Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına oxuculardan biri məlumat verib.

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Azərbaycan Ornitoloji Cəmiyyətinin direktoru Elçin Sultanovla əlaqə saxlayıb. Onun sözlərinə görə, narahatlıq üçün heç bir əsas yoxdur.

"İndi qağayıların cütləşmə dövrüdür. Bu quşlar hazırda Xəzər dənizinin adalarında məskunlaşıblar. Cütləşmə dövrü mart ayından iyun ayın qədər davam edir. İyun ayında quşlar geri qayıdırlar. Hazırda Qrinin adasında 7000 qağayı yuvası var. Bura qağayılar üçün xüsusi yerdir. Zənbil adasında isə qağayı yuvalarının sayı 1000-2000 arasıdır. Qarasu adasında isə 200 belə yuva var", - o əlavə edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.