Cəmiyyət

Nazir: "Azərbaycanda qoruqların fəaliyyətinin təkmilləşdirilməsinə xüsusi əhəmiyyət verilir"

18 Aprel 2014 12:07
Baxış: 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan cəmiyyəti tarixi mədəni irsin qorunması mövzusuna maraqla və diqqətlə yanaşır. Bu işdə Heydər Әliyev Fondunun prezidenti Mehriban Әliyevanın çox böyük rolu var. Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS - İnternational Council on Monuments and Sites ) Azərbaycan Milli Komitəsinin təsisi üzrə Təşəbbüs toplantısında çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanın müxtəlif regionlarında, dünyada mədəni irsin qorunmasında Heydər Әliyev Fondu tərəfindən müvafiq işlər görülür: "Düşünürəm ki, bu, Azərbaycanın başlıca bir göstəricisidir ki, Azərbaycan nəinki öz mədəni irsi haqqında, tarixi haqqında düşünür, bütün dünyanın mədəni irsinə hörmətlə yanaşır".

Nazir qeyd edib ki, müxtəlif qurumlarla əlaqələrin qurulması Azərbaycan üçün böyük önəm kəsb edir. Buna misal kimi Azərbaycanın YUNESKO ilə çox yaxşı əlaqələrini göstərmək olar.

Ə.Qarayevin sözlərinə görə dünya mədəni irsi siyahısına salınmış Azərbaycanın mirvarisi İçərişəhər siyahıdan çıxarılmaq təhlükəsi ilə üzləşmişdi: "Yalnız dövlətin atdığı addımlar nəticəsində bu qoruq artıq bu siyahıda layiqli yerini tutur. Digər qoruğumuz Qobustan Avropanın ən uğurlu beş irsi layihsindən biri kimi qəbul olunub və Qobustan Azqrbaycanın gözəl milli irs nümunəsidir. Azərbaycanın daxilində mütəmadi olaraq qoruqların fəaliyyətinin təkmilləşdirilməsinə, saxlanılmasına, onların təqdimat formasına xüsusi əhəmiyyət verilir".

Ә.Qarayev qeyd edib ki Azərbaycan Prezidentinin xüsusi sərəncamına əsasən, Azərbaycanın tarixi-mədəni obyektlərinin, qoruqların fəaliyyətinə dair dövlət proqramı təsdiq olunub. Bu dövlət proqramı çox böyük işlər vəd edir.

ICOMOS-un prezidenti Qustava Araoz qeyd edib: "Biz Azərbaycanla işləməyə, tarixi abidələrin qorunmasında əməkdaşlıq etməyə hazırıq. Biz ölkənizlə təcrübəmizi paylaşmağa hazırıq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.