Cəmiyyət

Misir Mərdanov Mikayıl Cabbarovdan danışdı

18 Aprel 2014 11:34
Baxış: 1 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabiq təhsil naziri yeni vəzifəyə təyin ollunduqdan sonra ilk açıqlama verib

Anspress-in məlumatına görə, AMEA-nın Riyaziyat institutunun direktoru Misir Mərdanov indiki təhsil nazirinin fəaliyyətini qiymətləndirib.

O bildirib ki, təhsil sahəsinnə yeni qüvvələrin gətirilməsi vacib bir işdir: "Təhsil sahəsinə yeni qüvvələrin gətirilməsi çox vacib idi. Yeni qüvvələr gətirilib də. Yeni nazir Mikayıl Cabbarovla aramızda olan münasibətlər çox normaldr. Nazirə və Nazirliyin əməkdaşlarına uğurlar arzulayıram. İndi çox məsuliyyətli vəzifəyə təyin olunmuşam. Bir ildir ki, yeni işimdə çalışıram. Prezidentin uğurlu siyasəti nəticəsində bu gün təhsilimiz inkişaf edir. Təhsilə tədricən cavan adamlar cəlb olunmalıdırlar".

Qeyd edək ki, AMEA-nın illik iclasında sabiq təhsil naziri Misir Mərdanov və yeni təhsil naziri Mikayıl Cabbarov üz-üzə gəliblər, amma onlar bir-biri ilə salamlaşmayıblar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.