Cəmiyyət

Zirzəmiyə dolan çirkab sular niyə təmizlənmir? - VİDEO

18 Aprel 2014 13:36
0 Şərh     Baxış: 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xətai rayonu, Cavadxan 18 ünvanının sakinləri yaşadıqları binanın zirzəmisinə dolan bu üfunət, çirkab dolu suyun əlindən lap bezara gəliblər

"Xətai rayonu, Cavadxan 18 ünvanında yaşayanların bir istəyi var. Zirzəmidəki çirkab suların və zibillərin yoxa çıxdığı günü görmək. Hələlik bu, onlara nəsib olmur".

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Xətai rayonu, Cavadxan 18 ünvanının sakinləri yaşadıqları binanın zirzəmisinə dolan bu üfunət, çirkab dolu suyun əlindən lap bezara gəliblər. Deyirlər ki, qışda olmasa da, yayda buradakı vəziyyət çox acınacaqlı olur. Üstəlik, bəzi bina sakinlərinin zirzəmini zibilliklə səhv salması heç də xoş olmayan mənzərə yaradıb. Bu antisanitariya fonundakı iy-qoxu da ki, dözülməzdir.

Sakinlər dəfələrlə aidiyyatı qurumlara da müraciət ediblər. Bir köməklik görmədiklərindən zirzəmidəki suyun çəkilməsi üçün məcbur olub, xüsusi su nasosları qoyublar. Amma bu da problemi həll etməyib.

Narazı sakinlərin problemini dinləyib yollandıq ərazi üzrə Nəsimi Rayon Sukanal İdarəsinə. Məsələylə tanış olan idarə rəisi qəza xidməti əməkdaşlarını sözügedən ünvana yolladı. Xidmət əməkdaşları zirzəmiyə baxış keçirdilər. İdarə rəisi Həmdulla Əliyev bu günədək sözügedən ünvandan onlara heç bir şikayət daxil olmadığını bildirərək əlavə etdi ki, zirzəmiyə yığılan suyun kanalizasiya və ya qrunt suyu olduğunu müəyyən etmək üçün artıq laborator nümunələr də götürülüb.

Hər halda zirzəmiyə yığılan su tezliklə təmizlənəcək, zirzəminin təmizliyinin qeydinə isə daha Nəsimi Rayon Sukanal İdarəsi yox, sakinlər özləri qalmalıdırlar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.