Cəmiyyət

60 yaşı adlayıb keçə bilmədi Zərifə xanım Budaqova...

18 Aprel 2014 10:17
Baxış: 1 075
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ap​re​lin 28-də 85 ya​şı ola​caq​dı... qu​caq-qu​caq gül-çi​çə​yin, adı​na la​yiq söz​lə​rin şi​rin​li​yin​dən bəx​ti​yar ola​caq​dı...

Qə​dim türk yur​du, oğuz eli İrə​van​da dün​ya​ya gəl​miş​di. Ki​min ağ​lı​na gə​lər​di ki, sa​də bir ai​lə​də do​ğu​lan qa​ra​göz​lü irə​van​lı qız son​ra​dan bö​yük zə​ka, işıq​lı bir ürək sa​hi​bi ola​caq. İrə​van tor​pa​ğı​nın ha​va​sı, su​yu, gö​zəl tə​bi​ə​ti onun ru​hun​da, mə​nə​viy​ya​tın​da də​rin iz​lər buraxmışdı. Be​lə ol​ma​say​dı, o özü​nü bü​töv​lük​də xal​qı​mı​za həsr et​məz​di. Onu xal​qa bağ​la​yan isə için​də​ki sağ​lam niy​yət və tü​kən​məz sev​gi idi.

Azər​bay​can Elmlər Aka​de​mi​ya​sı​nın müx​bir üz​vü, aka​de​mik, AMEA Dil​çi​lik İnsti​tu​tu​nun ilk qa​dın di​rek​to​ru ol​muş, dil​çi​lik el​mi​mi​zin şöh​rə​ti olan Zə​ri​fə xa​nım Bu​da​qo​va​nı xa​ti​rə​lə​ri​niz​də can​lan​dı​ra​ca​ğıq. Zi​ya​lı sö​zü işıq​la, nur​la, ay​dın​lıq​la, qa​dın sö​zü zə​rif​lik​lə, gö​zəl​lik​lə, ana sö​zü pak​lıq​la, ül​viy​yət​lə, mə​həb​bət​lə, alim sö​zü də​ya​nət​lə, qey​rət​lə, tə​əs​süb​keş​lik​lə əla​qə​lən​di​ri​lib hər za​man. Zə​ri​fə xa​nım bu key​fiy​yət​lə​rin ha​mı​sı​nı lə​ya​qət​lə da​şı​yan və ya​şa​dan xa​nım olub. Nə yax​şı ki, el​mi​miz​də zə​rif​lik tim​sa​lı Zə​ri​fə xa​nı​mın da xid​mət​lə​ri olub, nə xoş bi​zim ha​lı​mı​za, be​lə də​ya​nət​li xa​nım dil​çi​lik el​mi​ni tə​rəq​qi​yə doğ​ru apa​ran​lar​dan bi​ri ki​mi yad​daş​lar​da iz qo​yub.

1989-cu il​də gəl​di öm​rü​nün xə​za​nı Zə​ri​fə xa​nı​mın. Var​lı​ğın​da əsən acı rüz​gar onu bir​də​fə​lik hə​yat​dan qo​pa​rıb tor​pa​ğa çək​di. Ta​le​yi ya​man aman​sız ol​du Zə​ri​fə xa​nı​mın. 60 yaş nə idi ki, onu ad​la​yıb ke​çə bil​mə​di Zə​ri​fə Bu​da​qo​va. Öm​rü​nün altmı​şın​da əziz​lə​ri​nə vi​da de​di. Əcəl ne​cə za​lım imiş.

Tor​paq​mı ana​sız qal​ma​sın de​yə,
Tor​pa​ğın qoy​nu​na kö​çür ana​lar?

Əl​bət​tə, ana ay​rı​lı​ğı çə​tin​dir. Bu hic​ra​na dö​zə bil​mir ba​la​lar, bu ay​rı​lıq on​la​rı üzür. 25 il​lik bir ay​rı​lıq var ara​la​rın​da, an​caq hər gün şə​kil​lər​dən da​nı​şır​lar, xa​ti​rə​lə​rin pı​çıl​tı​sı ilə ovu​nur​lar. Qa​ra tor​paq ana​la​rı öz qoy​nu​na ona gö​rə çə​kir ki, ana​lar əbə​di ol​sun, ana​lar tor​pa​ğa da ana​lıq et​sin. Zə​ri​fə xa​nım Bu​da​qo​va​nın vax​tı ilə əlin​dən tut​du​ğu, öv​lad ki​mi qay​ğı​sı​na qaldı​ğı dil​çi alim​lər onu doğ​ma bir ana ki​mi, mü​əl​lim ki​mi də​yər​lən​di​rir, bu möh​tə​şəm xanımı ta​nı​ma​la​rı​nın sə​a​də​ti​ni ya​şa​yır​lar.

Ya​şa​say​dı, doğ​ma​la​rı ilə, elm alə​min​də da​yaq dur​du​ğu in​san​la​rın əha​tə​sin​də bu gün​lər​də 85 il​lik yu​bi​le​yi​ni qeyd edə​cək​di Zə​ri​fə xa​nım. Qu​caq-qu​caq gül-çi​çə​yin, adı​na, işi​nə la​yiq söz​lə​rin şi​rin​li​yin​dən bəx​ti​yar ola​caq​dı... An​caq qis​mət ol​ma​dı ona bu gün... 60-dan bu üzə ke​çə bil​mə​di... İn​di 85 il​lik yu​bi​le​yi ap​re​lin 28-də əziz​lə​ri tə​rə​fin​dən qeyd edi​lə​cək, o güllər-çiçək​lər mə​za​rı üs​tü​nə sə​pi​lə​cək zə​rif qa​dı​nın, bö​yük ali​min, unu​dul​maz in​sa​nın...

Hə​ya​tı​nın cöv​hə​ri gənclik...

İrə​van​da xal qal​ma​dı, o xal​lar gənc Zə​ri​fə xa​nı​mın ya​naq​la​rı​na de​yil, ürə​yi​nə dü​zül​dü. 1929-cu il​də İrə​van şə​hə​ri​nin Də​mir​bu​laq mə​həl​lə​sin​də ana​dan olan Zə​ri​fə İs​ma​yıl qı​zı Bu​da​qo​va (Əli​ye​va) gəncli​yi​nin il​kin ça​ğın​da er​mə​ni fit​nə​si​lə doğ​ma İrə​van​dan di​dər​gin düşüb. Bi​li​rik ki, er​mə​ni​lə​rin mən​fur si​ya​sə​ti sa​yə​sin​də yüz​lər​lə azər​bay​can​lı ai​lə​si öz doğma yur​dun​dan pe​rik sa​lı​nıb. Sa​də, la​kin ha​lal bir ocaq​da do​ğu​lan Zə​ri​fə xa​nım öz isteda​dı və bi​li​yi ilə 1946-cı il​də tə​lə​bə adı qa​zan​dı. O dövrdə qız​la​rın ali təh​sil al​ma​sı halları elə də geniş ya​yıl​ma​mış​dı, an​caq Zə​ri​fə ki​mi qız​lar bu sa​hə​də nü​mu​nə ol​ma​ğı bacarır​dı. Görkəmli alim 1946-cı il​də İrə​van Pe​da​qo​ji Mək​tə​bi​ni bi​ti​rə​rək hə​min il​də İrə​van Pe​da​qo​ji İnsti​tu​tu​nun azər​bay​can​lı böl​mə​si​nin fi​lo​lo​ji fa​kül​tə​si​nə da​xil olur. La​kin doğ​ma İrəvan​da təh​si​li​ni ba​şa vur​maq irə​van​lı qı​za nə​sib ol​mur. 1948-ci il​də Er​mə​nis​tan​dan deportasi​ya olunan Zə​ri​fə xa​nım təh​si​li​ni Azər​bay​can Pe​da​qo​ji İnsti​tu​tun​da da​vam etdirərək 1950-ci il​də ora​nı bi​ti​rir. Azər​bay​can EA Dil​çi​lik İnsti​tu​tu​nun as​pi​ran​tu​ra​sı​na da​xil olan Zə​ri​fə Əli​ye​va (Bu​da​qo​va) təh​si​li​ni Moskva​da da​vam et​di​rir. O,1953-cü il​də Moskva​da na​mi​zəd​lik, 1963-cü il​də dok​tor​luq dis​ser​ta​si​ya​la​rı mü​da​fiə edib. Onu da fəxrlə qeyd edə bi​lə​rik ki, Zə​ri​fə xa​nım azər​bay​can​lı qa​dın​lar ara​sın​da ilk fi​lo​lo​gi​ya elmlə​ri na​mi​zə​di və doktoru olub. O bu​na öz sa​va​dı, işıq​lı zə​ka​sı, xal​qı​na, və​tə​ni​nə bağ​lı ol​maq​la, qı​sa öm​rü​nü fə​da​kar​lıq​la el​mə həsr et​mək​lə na​il olub.

Uca​lı​ğa apa​ran pil​lə​lər...

Öz zəh​mə​ti ilə el​min zir​və​si​nə doğ​ru irə​li​lə​yən Zə​ri​fə xa​nı​mı hər za​man uğur tə​qib edir​di. Hər ye​ni açı​lan sa​bah​da onun bir na​i​liy​yət, uğur pa​yı var​dı. Onun bi​li​yi​nə, zəh​mə​ti​nə, xidmət​lə​ri​nə də​yər ve​rən Elmlər Aka​de​mi​ya​sı rəh​bər​li​yi Zə​ri​fə xa​nı​ma eti​mad gös​tə​rə​rək onu 1955-ci il​də Dil​çi​lik İnsti​tu​tun​da Mü​a​sir Azər​bay​can dil​çi​li​yi şö​bə​si​nin mü​di​ri tə​yin edir və öm​rü​nün so​nu​na​dək hə​min şö​bə​yə rəh​bər​lik edir. 1980-ci il​də Zə​ri​fə xa​nım Azər​bay​can SSR Elmlər Aka​de​mi​ya​sı​nın müx​bir üz​vü, 1987-ci il​də Dil​çi​lik İnsti​tu​tu​nun di​rek​to​ru se​çi​lir. Z.Bu​da​qo​va 150-dən ar​tıq əsə​rin mü​əl​li​fi​dir. Onun rəh​bər​li​yi ilə 10 elmlər dok​to​ru, 25 elmlər na​mi​zə​di ye​ti​şib. Bö​yük ali​min rus di​lin​də yaz​dı​ğı "Qram​ma​ti​ka azer​baydjansko​qo ya​zı​ka" mo​noq​ra​fi​ya​sı bir sı​ra xa​ri​ci dil​lə​rə tər​cü​mə edi​lib.

İb​rət gö​tü​rü​lə​si alim...

Azər​bay​can Pe​da​qo​ji Uni​ver​si​te​ti​nin fi​lo​lo​gi​ya fa​kül​tə​si​nin de​ka​nı, ta​nı​nan dil​çi alim, pro​fes​sor Bu​lud​xan Xə​li​lov Z.Bu​da​qo​va haq​da xa​ti​rə​lə​rin​də ya​zır ki, o, ib​rət gö​tü​rü​lə​si bir alim xa​nım olub: "Azər​bay​ca​nın gör​kəm​li dil​çi alim​lə​rin​dən bi​ri ol​mub. O, öm​rü​nü Azər​bay​can di​li​nin öy​rə​nil​mə​si​nə və təd​qi​qi​nə həsr edib. Be​lə bir mü​qəd​dəs və nə​cib iş onu fi​lo​lo​gi​ya elmlə​ri dok​to​ru, pro​fes​sor, Azər​bay​can SSR Elmlər Aka​de​mi​ya​sı​nın müx​bir üz​vü (in​di​ki AMEA-nın) ki​mi şə​rəf​li ad​la​ra ucal​dıb. O, yüz​dən çox el​mi əsə​rin mü​əl​li​fi ki​mi ta​nı​na​raq, res​pub​li​ka​da dil​çi alim​lə​rin ye​tiş​mə​sin​də sə​mə​rə​li fə​a​liy​yət gös​tə​rib. Zə​ri​fə xa​nım iyir​mi​dən çox elmlər na​mi​zə​di və dok​to​ru ye​tiş​di​rib. Ali​min "Azər​bay​can di​li​nin sin​tak​si​si", "Azər​bay​can di​li​nin mor​fo​lo​gi​ya​sı", "Mü​a​sir Azər​bay​can di​lin​də söz bir​ləş​mə​lə​ri", "Mü​a​sir Azər​bay​can bə​dii di​li​nin üs​lu​biy​ya​tı", "Azər​bay​can di​li​nin or​foq​ra​fi​ya qay​da​la​rı", "Azər​bay​can di​li​nin dur​ğu işa​rə​lə​ri", "Mü​a​sir Azər​bay​can ədə​bi di​lin​də sa​də cüm​lə", rus di​lin​də ya​zıl​mış "Azər​bay​can di​li​nin qram​ma​ti​ka​sı" (fo​ne​ti​ka, mor​fo​lo​gi​ya, sin​tak​sis) ki​tab​la​rı mən​bə, mə​xəz ro​lu oy​na​yır və dil​çi​lə​ri​mi​zin sto​lüs​tü ki​tab​la​rın​dan sa​yı​lır... Pro​fes​sor Zə​ri​fə Bu​da​qo​va​nın tədqiqat​la​rı hər za​man tür​ko​loq​la​rın ma​raq da​i​rə​sin​də olub, onun qal​dır​dı​ğı prob​lem​lər həmi​şə cid​di el​mi də​yə​ri ilə se​çi​lib. Ona gö​rə də onun araş​dır​ma​la​rı​na tür​ko​loq​lar xü​su​si əhə​miy​yət ve​rirlər. Mə​sə​lən, pro​fes​sor​lar​dan tür​ko​loq Mə​hər​rəm Er​gin, Sa​dət​tin Bu​luc, Zeynəb Qorxmaz və di​gər​lə​ri pro​fes​sor Zə​ri​fə Bu​da​qo​va​nın ya​ra​dı​cı​lı​ğı​na araş​dır​ma​la​rı​na xü​su​si eh​ti​yac olan təd​qi​qat​lar ki​mi ya​na​şıb​lar. Onun əsər​lə​ri​nin əhə​miy​yə​ti​ni dil​çi​lə​ri​miz hə​mi​şə də​yər​lən​di​rib və yük​sək qiy​mət ve​rib. Vax​ti​lə pro​fes​sor​lar​dan Ağa​mu​sa Axun​do​vun çap etdir​di​yi "Va​cib nitq mə​də​niy​yə​ti mə​sə​lə​si", Afad Qur​ba​no​vun "Za​ma​nın tə​ləb​lə​rin​dən doğan ki​tab", Mi​rə​li Se​yi​do​vun "Tür​ko​loq​la​rın IV konqre​sin​də", Məm​məd Qa​sı​mo​vun "Ya​zı​mı​zın nöq​tə​si​nə də, ver​gü​lü​nə də fi​kir ve​rək" və s. mə​qa​lə​lə​ri Zə​ri​fə xa​nı​mın təd​qi​qat​la​rı​na verilən yük​sək qiy​mət​dir. Zə​ri​fə xa​nım hə​mi​şə döv​ri mət​bu​a​tın diq​qət mər​kə​zin​də olub, dil​çi​nin özü və təd​qi​qat​la​rı ba​rə​sin​də yüz​lər​lə mə​qa​lə​lər çap edi​lib. Onun sə​mə​rə​li el​mi fə​a​liy​yə​ti və el​mi əsər​lə​ri​nin əhə​miy​yə​ti Azər​bay​can qa​dın​la​rı​nın mü​vəf​fə​qiy​yə​ti ki​mi qiy​mət​lən​di​ri​lib və təb​liğ olu​nub.

Səy​yah​lar, alim​lər, təd​qi​qat​çı​lar ara​sın​da bir ya​xın​lıq var. Bu da odur ki, on​la​rın iz​lə​ri bir çox hal​lar​da unu​dul​sa da, heç vaxt itib get​mir. Bir ba​la​ca ax​ta​rı​şa baş​la​san, ipin ucu əlin​də ola​caq. Bu gü​nə da​nıl​san da, sa​ba​ha ge​dib çı​xa​caq​san. Biz də Zə​ri​fə xa​nı​mın ya​ra​dı​cı​lı​ğı​nın bə​zi mə​qam​la​rı​na to​xun​maq​la, həm dü​nə​ni​mi​zə get​dik, həm də bu gü​nü​mü​zə gə​lib çıxdıq. Mə​həm​məd Pey​ğəm​bə​rin(s.) be​lə bir kə​la​mı var: "Be​hişt ana​la​rın ayaq​la​rı al​tın​da​dır". Pey​ğəm​bə​ri​mi​zin baş​qa bir söz ya​diga​rı da var​dır: "Bir adam ana​sı​nın, ata​sı​nın sö​zü​nə şəf​qət​lə ba​xar​sa, Al​lah ona qə​bul olun​muş həcc sa​va​bı ya​zar". Bu mə​na​da bi​zim hər biri​mi​zin də​yər​li in​san​la​rı​mı​zın, xid​mə​ti olan alim​lə​ri​mi​zi ya​da sal​ma​ğı​mız həm sa​vab​dır, həm də keç​mi​şə hör​mət və gə​lə​cə​yə olan inam​dır... Pro​fes​sor Zə​ri​fə Bu​da​qo​va cis​mən dilçi​lə​rin ara​sın​da ol​ma​sa da, ru​hən dil​çi​lər​lə, məhz di​lin ke​şi​yin​də da​ya​nan ən nü​fuz​lu dilçilər​lə bir​gə​dir. Azər​bay​can dil​çi​lə​ri hə​mi​şə Zə​ri​fə xa​nım Bu​da​qo​va​nın xa​ti​rə​si​ni əziz tutacaq, onun xid​mət​lə​ri​ni unut​ma​ya​caq​lar".

Tür​ko​lo​gi​ya​nın cı​ğı​ra​çan​la​rı sı​ra​sın​da...

Zə​ri​fə xa​nım Bu​da​qo​va​nın XX əsrdə tür​ko​lo​gi​ya el​mi​nin ən par​laq si​ma​la​rın​dan bi​ri ki​mi gö​rün​mə​si sö​zün hə​qi​qi mə​na​sın​da bö​yük bir iş​dir. 60 il​lik öm​rü​nün bö​yük bir his​sə​si​ni həsr et​di​yi tür​ko​lo​gi​ya el​mi çox cə​fa​lı, çox çə​tin bir sa​hə ki​mi gör​kəm​li ali​min zə​rif, mər​hə​mət​li qəl​bi​nin işı​ğın​da özü​nün ye​ni si​ma​sı​nı təs​diq​lə​yib. Ən yük​sək yer​lər​dən hər za​man sə​si gələr​di onun. Araş​dır​ma​mız nə​ti​cə​sin​də mə​lum ol​du ki, Z.Bu​da​qo​va​nın Azər​bay​can dil​çi​li​yi​nin və tür​ko​lo​gi​ya​nın ak​tu​al prob​lem​lə​ri​nə da​ir ümu​mit​ti​faq və res​pub​li​ka nəşrlə​rin​də saysız-he​sab​sız el​mi əsə​ri çap olu​nub. Azər​bay​can di​li​nin qram​ma​ti​ka​sı​nın bir çox mü​hüm nəzə​ri-el​mi prob​lem​lə​ri ilk də​fə Z.Bu​da​qo​va tə​rə​fin​dən təd​qiq olu​na​raq həll edi​lib. Onu da öy​rən​dik ki, o, həm​çi​nin, 3 cildlik "Azər​bay​can di​li​nin qram​ma​ti​ka​sı" fun​da​men​tal əsə​ri​nin aparı​cı mü​əl​lif​lə​rin​dən və re​dak​tor​la​rın​dan bi​ri​dir. Zə​ri​fə Bu​da​qo​va​nın el​mi ya​ra​dı​cı​lı​ğın​da həm​çi​nin türk dil​lə​ri qram​ma​ti​ka​sı​nın mor​fo​lo​gi​ya, sin​tak​sis və üs​lu​biy​yat ki​mi sa​hə​lə​ri​nə aid bir sı​ra mə​sə​lə​lər də öz ob​yek​tiv el​mi şər​hi​ni ta​pıb. Bu bö​yük ali​min çox​şa​xə​li el​mi ir​si​nin müəy​yən bir qis​mi Azər​bay​can dil​çi​li​yi​nin dil ta​ri​xi, di​a​lek​to​lo​gi​ya, dil əla​qə​lə​ri (xü​su​sən də Azər​bay​can və er​mə​ni dil​lə​ri​nin qar​şı​lıq​lı əla​qə​si), həm​çi​nin ümum​tür​ko​lo​ji prob​lem​lər ki​mi sa​hə​lə​ri​ni əha​tə edir. Onun təd​qi​qat​la​rı​nın Azər​bay​can dil​çi​li​yi​nin in​ki​şa​fı​na önəm​li tə​si​ri olub. Bu el​mi araş​dır​ma​lar​da​kı mə​sə​lə​lə​rin qo​yu​lu​şu ak​tu​al​lı​ğı, el​mi ye​ni​li​yi, problematikası, el​mi mü​ha​ki​mə​lə​ri​nin də​rin​li​yi ilə, yük​sək dil​çi pro​fes​si​o​nal​lı​ğı ilə diq​qə​ti çə​kir. Ali​min monoq​ra​fi​ya​la​rı, ki​tab və dərslik​lə​ri, baş​qa el​mi əsər​lə​ri on​lar ba​rə​sin​də ya​zıl​mış bir çox re​sen​zi​ya və rəy​lər​də özü​nün yük​sək, ob​yek​tiv və la​yiq​li qiy​mə​ti​ni alıb. Bü​tün bun​lar bir da​ha gös​tə​rir ki, onun zən​gin el​mi ir​si Azər​bay​can dil​çi​li​yi​nin mü​va​fiq sa​hə​lə​rin​də ye​ni-ye​ni is​ti​qa​mət​li araş​dır​ma​la​rın ya​ran​ma​sı​na, dil​çi​li​yi​miz​də tam öy​rə​nil​mə​miş möv​zu​la​rın ma​hiy​yə​ti​nin aş​kar​lan​ma​sı​na el​mi sti​mul ola​caq.

O, bir çox bey​nəl​xalq, ümu​mit​ti​faq miq​yas​lı, res​pub​li​ka sə​viy​yə​sin​də sim​po​zi​um, konfrans, mü​şa​vi​rə və el​mi ses​si​ya​lar​da Azər​bay​can Elmlər Aka​de​mi​ya​sı​nı təm​sil edib, hə​min yı​ğın​caq​lar​da ma​raq​lı mə​ru​zə və mə​lu​mat​la​rı ilə öl​kə​nin və ey​ni za​man​da dün​ya​nın tür​ko​lo​ji ic​ti​ma​iy​yə​ti​nin bö​yük nü​fu​zu​nu qa​za​nıb.

O hər şe​yi öz zəh​mə​ti, is​te​da​dı ilə qa​zan​dı, el​mi ad​la​rı​nı, say​sız ki​tab və mə​qa​lə​lə​ri​ni özü ya​rat​dı. Tək​cə o za​ma​nın döv​lə​tin​dən, hö​ku​mə​tin​dən haqq et​di​yi, la​yiq ol​du​ğu fəx​ri ad​la​rı, mü​ka​fat​la​rı ala bil​mə​di. An​caq bun​lar​sız da Zə​ri​fə xa​nım Zə​ri​fə xa​nım​dır. Məh​sul​dar el​mi-pe​da​qo​ji fə​a​liy​yə​ti for​ma​ca ya​rım​çıq qal​sa da, onun bö​yük ir​si​ni oca​ğın​da da​vam et​di​rən var, qı​zı Se​vinc xa​nım Bu​da​qo​va​nın Ba​kı​nın təh​sil sis​te​min​də​ki pe​şə​kar və ic​ti​mai fə​a​liy​yə​ti əs​lin​də Zə​ri​fə xa​nı​mı​nın ya​şa​yan ir​si​nin ba​riz nü​mu​nə​si sa​yı​la bi​lər.

Qay​ğı​lar hər za​man onun​la bir​gə olar​dı...

Qay​ğı​keş elm ada​mı, həm də qay​ğı​keş hə​yat yol​da​şı və ana olub Zə​ri​fə xa​nım. Azər​bay​can coğ​ra​fi​ya el​mi​nin sü​tun​la​rın​dan olan aka​de​mik Bu​daq Bu​da​qo​vun hə​yat yol​da​şı olan Zə​ri​fə xa​nım el​min ke​şi​yin​də lə​ya​qət​lə dur​ma​ğı ba​car​dı​ğı ki​mi, ai​lə​si​nin də ke​şi​yin​də du​rub... Öv​lad​lar bö​yü​də​rək hə​rə​si​ni doğ​ma ocaq​dan bir ye​rə pər​vaz​lan​dı​rıb. Adı​nı yük​sək​lik​də sax​la​yır, xa​ti​rə​si​ni əziz tu​tur öv​lad​la​rı Zə​ri​fə xa​nı​mın.

85 ya​şı​nı​zı Siz​siz xa​tır​la​dıq Zə​ri​fə xa​nım, tor​pa​ğı​nız yum​şaq, mə​ka​nı​nız cən​nət, ru​hu​nuz şad ol​sun!!!

İra​də Sarıyeva
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.