Cəmiyyət

Yol polisindən sürücüyə gülməli məktub - FOTO

18 Aprel 2014 10:02
0 Şərh     Baxış: 1 505
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, Türkan Məmmədli adlı xanım sürücü Avtosfer.az saytına müraciət edərək dövlət yol polisinin ona göndərdiyi radar məktubunda ciddi yanlışlığa yol verildiyini bildirib.

Türkan xanımın təqdim etdiyi sənədlərdən aydın olur ki, məktubu ona Xətai Rayon Dövlət Yol Polisi Şöbəsinin inzibati təcrübə üzrə inspektoru, polis kapitanı Əsədov Fərid Vaqif oğlu göndərib. Kapitanın yazdığı bildirişdə qeyd olunur ki, Türkan Məmmədli yol hərəkəti qaydası pozuntusuna yol verdiyinə görə barəsində tətbiq olunmuş MMX-287685 nömrəli inzibati xəta haqqında elektron protokol üzrə işə baxılması üçün 7 gün ərzində Xətai rayon DYPŞ-yə gəlməlidir. Amma Türkan xanım üstündən 14 gün keçməsinə baxmayaraq həmin şöbəyə getməyib. Çünki: "Mənə yazıblar ki, xətanın törədilməsini qeydə alan radar görüntüləri sizə göndərilir. Əgər göstərilən müddətdə vəsatət vermədikdə və DYP şöbəsinə gəlmədikdə barənizdə inzibati tənbeh haqqında qərar qəbul ediləcək. Amma mən ora getməmişəm və getmək fikrim də yoxdur. Birincisi, ona görə ki, mənim idarə etdiyim avtomobil "Hyundai Tucson" markalıdır və nömrəsidə 90 SE 966-dır. Lakin mənə göndərilən məktubda "Toyota - Land Cruiser" markalı, 90 UM 035 dövlət nömrə nişanlı avtomobilin fotoları əks olunub. Həm də, mən həmin ərazini heç tanımıram və orada olmamışam. Bunlar isə iddia edirlər ki, guya mən orada dayanma-durma qaydasını pozmuşam. Görəsən, bu məktubu mənə yazan, fotoları mənə göndərən şəxslər bircə dəfə də olsun öz yazdıqlarını oxuyurlarmı?"

Türkan Məmmədlinin sualı çox maraqlıdır. Görəsən, yol polisi bu suala nə cavab verəcək?

Daha bir maraqlı məqam odur ki, Xətai DYPŞ-nin əməkdaşının göndərdiyi protokolda, fotomaterialların üzərində də Türkan Məmmədlinin avtomobilinin nömrəsi, markası və digər göstəricilər yazılsa da, fotonun başqa nəqliyyat vasitəsinə məxsus olduğuna diqqət etməyiblər. Belə halda isə çox qəribə bir sual ortaya çıxır; görəsən, qaydanı bu fotolarda əks olunan nəqliyyat vasitəsi pozub, yoxsa Türkan xanımın avtomobili? Hərflər, rəqəmlər realdır, yoxsa fotomaterial?

"Yeni Müsavat"

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.