Cəmiyyət

Bakının küçələrindən biri dəyişir - XƏRİTƏ

18 Aprel 2014 09:56
0 Şərh     Baxış: 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Paytaxtın Şərifzadə küçəsində ötən il bütün işıq dirəkləri sökülüb, səkilər asfaltlanıb. Ancaq yoldakı asfalt bərbad vəziyyətdədir. Küçənin işıqlanmaması ucbatından hər axşam küçədə yol qəzası baş verir.

Milli.Az xəbər verir ki, bu sözləri Day.Az saytına məktub yazan oxuculardan biri qeyd edib.

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Ona bildiriblər ki, Şərifzadə küçəsində hazırda təmir işləri gedir.

"Həmin küçədə yeni asfalt salınır. İşlər bir neçə gün əvvəl başlanıb. İşlərin nə vaxt başa çatacağını deyə bilmərəm", - İH rəsmisi qeyd edib.

"Bakı İşıq" idarəsinin Yasamal şöbəsinin rəisi Yaşar Əsədov isə qeyd edib ki, Şərifzadə küçəsində yeni işıqlandırma sistemləri quraşdırılıb.

"Bütün köhnə işıq dirəkləri götürülüb, yerində yeniləri quraşdırılıb", - o əlavə edib.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.